Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Mövcud PL/SQL kodlarının analizi, optimallaşdırılması və texniki dəstəyin göstərilməsi;
Verilənlər bazası obyektlərinin (tables, views, indexes və s.) dizaynı və yaradılması;
SQL sorğularının performansının artırılması və Query Tuning işlərinin aparılması;
Biznes proseslərin avtomatlaşdırılması üçün yeni proqram həllərinin işlənib hazırlanması.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində səlis, rus və ingilis dillərində yaxşı səviyyədə bilik;
SQL və PL/SQL sahəsində minimum 3 il iş təcrübəsi;
Bank sahəsində iş təcrübəsi arzuolunandır;
Əlaqədar sahələr üzrə sertifikatların olması üstünlükdür;
ODI biliyi üstünlükdür;
SQL və PL/SQL proqramlaşdırma dillərini yüksək səviyyədə bilmək;
JSON obyekt tipi və XML ilə işləmə bacarığı;
Mövcud sorğular üzrə optimallaşdırma (performance tuning) işlərinin aparılması;
Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması sahəsində təcrübə;
MS Excel üzrə yüksək səviyyəli biliklər arzuolunandır;
Güclü məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
Yeni texnologiyaları öyrənməyə həvəs;
Verilən tapşırıqlara tez adaptasiya olma və müstəqil araşdırma aparmaq bacarığı.
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir
ATB Bank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.




