Memar layihələrinin hazırlanması, 3D vizualizasiya və AutoCAD biliyi tələb olunur.
Memar (interyer)
Vakansiya haqqında
Şirkətimizə interyer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edəcək İnteryer dizayn üzrə mütəxəssis axtarırıq. Namizəd məkanların funksional və estetik həllərinin hazırlanmasına dəstək göstərəcək, layihələrin həyata keçirilməsi prosesində komanda ilə sıx əməkdaşlıq edəcək.
- Müştəri tələblərinə uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
- Layihə planlarının, işçi çertyojların və 3D vizuallaşdırmaların hazırlanması;
- Layihələrin texniki və estetik tələblərə uyğun icrasına dəstək göstərilməsi;
- Memarlar, mühəndislər, podratçılar və təchizatçılarla koordinasiyalı işin təşkili;
- Material, mebel və avadanlıqların seçilməsi prosesində iştirak;
- Layihə sənədlərinin hazırlanması və idarə olunması;
- Tikinti və quraşdırma işlərinin layihəyə uyğunluğunun izlənilməsi;
- Layihələr üzrə hesabatlılığın və sənədləşmənin təmin edilməsi.
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Facility Management Group — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Layihələrin konsepsiyasından icrasına qədər interyer dizaynı və sənəd hazırlanması üzrə 5-6 il təcrübə tələb olunur
İlkin konsepsiyadan tikinti icrasına qədər layihələndirmə və vizualizasiya üzrə təcrübəli memar axtarılır.
Memarlıq və interyer layihələrinin hazırlanması; AutoCAD və Revit bilikləri tələb olunur.



