Retail / mağaza dizayneri

Anonim işəgötürən

Vakansiya haqqında

Qida sektorunda fəaliyyət göstərən şirkət dondurma və donmuş məhsulların satışı üzrə ixtisaslaşmış mağaza konsepsiyası üçün uzunmüddətli əməkdaşlıq edəcək retail dizayner axtarır. Layihə müxtəlif ölçülü, orta hesabla 50–60 kv.m sahələrdə funksional və səliqəli satış məkanlarının planlaşdırılmasını əhatə edir.

Vəzifə öhdəlikləri:

  • 50–60 kv.m ölçülü satış sahələri üçün planlaşdırma və interyer dizayn həlləri hazırlamaq.
  • Soyuducu avadanlıqlarının (sandıq, şkaf, vitrin tipli) tipinə, ölçüsünə və sayına görə optimal yerləşməni planlaşdırmaq.
  • Məhsul kateqoriyalarına görə yerləşmə sxemi (planoqram) və müştəri hərəkət axınını qurmaq.
  • Hər sahənin ölçüsünə uyğun adaptasiya olunan vahid mağaza konsepsiyası və standartı yaratmaq.
  • 2D planlar, 3D vizuallar və icra üçün texniki çertyojlar hazırlamaq.
  • Kassa zonası, rəflər, işıqlandırma, fasad və brend elementlərinin yerləşdirilməsi üzrə həllər vermək.
  • Tikinti/təmir komandası ilə texniki uyğunlaşdırma üzrə əməkdaşlıq etmək.

Tələblər:

  • Retail, market və ya kommersiya interyer dizaynı sahəsində minimum 2 il təcrübə.
  • AutoCAD və 3ds Max / SketchUp proqramlarını yüksək səviyyədə bilmək (Corona, V-Ray və ya Enscape ilə vizualizasiya).
  • Kiçik sahələrdə funksional planlaşdırma bacarığı.
  • Planoqram və satış məkanında müştəri axını prinsiplərini bilmək.
  • Texniki çertyoj və icra sənədlərinin hazırlanması təcrübəsi.
  • Portfolio təqdim etmək (məcburi, retail/market layihələri ilə).

Üstünlük hesab olunur:

  • Soyuducu avadanlıqlı mağaza, supermarket və ya qida satış məntəqəsi layihələrində təcrübə.
  • Şəbəkə mağazaları üçün vahid konsepsiya və standart hazırlama təcrübəsi.
  • Kommersiya avadanlıqlarının texniki tələbləri (elektrik yükü, ventilyasiya, məsafələr) haqqında bilik.
  • Revit bilikləri.

İş şəraiti:

  • Əməkdaşlıq forması: freelance, minimum 1 il.
  • Ödəniş: razılaşma əsasında.
  • Konfidensiallıq müqaviləsinin (NDA) imzalanması tələb olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlər CV və portfolio linkini göndərməlidir.

Əlaqə 0997021994

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 sentyabr 2026
Son tarix
19 oktyabr 2026
Baxış
29

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İnteryer dizayneri üzrə bazar adətən 665–1 000 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

4 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İnteryer dizayneri kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İnteryer dizayneri üzrə Bakıda digər açıq elanlar.

Facility Management Group
Middle · 2+ ilBakı
Maaş göstərilməyib3 gün qalıb

İnteryer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edir, AutoCAD və 3Ds Max bilikləri tələb olunur.

AutoCADRevitAdobe PhotoshopProject Documentation+10
Müraciət et
1 000–1 200₼

İnteryer layihələr hazırlayır, AutoCAD və 3ds Max proqramlarını istifadə edir.

AutoCADColor TheoryCreative ThinkingInterior Design+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
STAMPREES LLC
Middle · 3+ ilBakı
1 000–1 200₼

Brendin vizual üslubuna uyğun dizayn işlərini həyata keçirir və Corel Draw bilmək tələb olunur

Adobe PhotoshopAdobe IllustratorVisual DesignCorelDRAW+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Retail / mağaza dizayneri
Müraciət et