Sosial media və reklam üçün kreativ qrafik dizaynlar hazırlamaq və Adobe proqramlarını bilmək.
Baş dizayner / Dizayner
Vakansiya haqqında
Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli Lead / Senior dizayner axtarırıq.
Tələblər:
- Dizayner kimi 4-5 illik agentlik təcrübəsi;
- Dizayn proqramlarını (Photoshop, Illustrator, Figma və s.) mükəmməl bilməli, Sİ alətlərindən vizual konseptlərdə effektiv istifadə etmək bacarığı;
- Vizual trendləri və qlobal dizayn standartlarını yaxından izləməli;
- Konseptual düşüncə və vizual kommunikasiyanın təməl prinsiplərinə dərindən bələd olmalı;
- “Out of box” vizual təfəkkürə malik olmalı və portfoliosunda bu cür konseptual işlərin mövcudluğu;
- Böyük brendlər və qlobal markalar ilə işləmək, onların vizual dilini (brandbook/guideline) qorumaq məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri:
- Yerli və qlobal markalar üçün kreativ vizual konseptlərin hazırlanması;
- Bütün kommunikasiya məcraları üçün (ATL, Digital, SM, Outdoor, BTL) vizual həllərin yaradılması;
- Sosial media və rəqəmsal kampaniyalar üçün vizual istiqamətin müəyyən edilməsi, icrası və dizaynerlərə istiqamətin verilməsi;
- Rəqəmsal və inteqrasiya olunmuş kampaniyalar üçün kreativ vizual ideyaların verilməsi;
- Konseptlərin təqdimat halına salınması və müştərilərə ideyaların vizual olaraq çatdırılması.
Vəd edirik:
- Qlobal markalar ilə iş təcrübəsi;
- Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
- Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
- Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız dizaynerin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.
Yerləşmə
Azərbaycan
Təcrübə
4–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Son tarix
10 sentyabr 2026
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Marketinq və qrafik dizayn üzrə məzmun yaradır, Adobe Photoshop və Illustrator bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Sosial media və rəqəmsal platformalar üçün dinamik motion vizuallar və kreativ kontent hazırlamaq.
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
Sosial media və marketinq üçün kreativ qrafik və video dizayn hazırlamaq, Adobe proqramlarını bilmək.
Müraciət etAsan müraciətAsan müraciət



