Yerləşmə
Azərbaycan
Təcrübə
8+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
11 avqust 2026

Vakansiya haqqında

Tikiş fabrikinə təcrübəli Lekalçı / Konstruktor axtarılır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif növ geyim və tekstil məhsulları üçün lekalların hazırlanması və model sənədlərinin yaradılması;
  • Kütləvi və fərdi istehsal üçün lekalların hazırlanması;
  • Geyim ölçülərinin düzgün seriyalanmasının (qradasiyasının) təmin edilməsi;
  • Texniki tələblərə, ölçülərə və spesifikasiyalara uyğun olaraq lekalların hazırlanması və düzəlişlərin edilməsi;
  • Məhsulların dəqiqliyini və keyfiyyətini təmin etmək məqsədilə istehsal və digər aidiyyəti şöbələrlə əməkdaşlıq;
  • Mövcud lekalların təkmilləşdirilməsi, yeni modellər üzrə zəruri dəyişikliklərin və düzəlişlərin edilməsi;
  • Lekalların və modellərin keyfiyyətinə, texniki tələblərə və istehsal standartlarına uyğunluğuna nəzarət.

Namizədə tələblər:

  • Lekalçı / Konstruktor vəzifəsində minimum 8 il iş təcrübəsi;
  • Geyimlərin konstruksiyası, modelləşdirilməsi və lekalların hazırlanması üzrə peşəkar bilik və bacarıqlar;
  • Detallara yüksək diqqət və dəqiq ölçülərlə işləmək bacarığı;
  • Yeni modellərə, tapşırıqlara və istehsal tələblərinə çevik uyğunlaşmaq bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Stabil və inkişaf edən şirkətdə daimi iş imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Uzunmüddətli karyera və inkişaf perspektivi

Şirkət haqqında

Caspian Textile MMC
Tekstil və geyim istehsalı, Emal sənayesi

Caspian Textile MMC müasir standartlara cavab verən müxtəlif növ işçi və digər geyimlərinin istehsalı sahəsində fəaliyyət göstərir. Şirkətin qabağcıl avadanlıqlar ilə təchiz edilmiş tikiş fabrikası mövcüddur. Fabrikin tikiş, kəsim, boya, naxış, ütü, qablaşdırma sexləri, həmçinin model dizayn və konstruktor bürosu vardır. Təcrübəli əməkdaşlarımız zövgünüzə və tələbatlarınıza uyğun olan modelləri Sizə təklif edərək öz tövsiyələri ilə məmnuniyyətlə bölüşəcəklər. İstəyinizdən asılı olaraq ehtiyaclarınıza tam şəkildə cavab vermək üçün yeni modellərin xüsusi proqram vasitəsilə hazırlanması mümkündür.

Caspian Textile MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Lekalçı / konstruktor
Müraciət et