Vakansiya haqqında

Honours Academy, Honours Language Institute və Honours Coffee brendləri üçün video montaj və motion dizayn işlərini həyata keçirəcək Motion Designer / Video Editor axtarırıq. Bu rolda əsas məsuliyyətiniz çəkilmiş materialları və təsdiqlənmiş konseptləri brendlərin üslubuna uyğun, aydın və vizual baxımdan keyfiyyətli videolara çevirmək olacaq.

Əsas vəzifələr:

  • Sosial media, reklam kampaniyaları və YouTube üçün qısa və uzun videoları montaj etmək;
  • Ekspert çıxışları, müsahibələr, tələbə hekayələri, proqram təqdimatları və tədbir videolarını hazırlamaq;
  • Ssenari və yaradıcı brif əsasında videonun strukturunu, ritmini və vizual ardıcıllığını qurmaq;
  • Mətn animasiyaları, titrlər, lower third, infoqrafika və digər motion elementlər hazırlamaq;
  • Təhsil və maliyyə mövzularının anlaşılmasını asanlaşdıran qrafik və animasiyalar yaratmaq;
  • Görüntülərin rəng korreksiyasını aparmaq, səs səviyyələrini tənzimləmək və mümkün səs qüsurlarını aradan qaldırmaq;
  • Subtitrləri hazırlamaq, onların oxunaqlılığını və görüntü ilə uyğunluğunu təmin etmək;
  • Musiqi və səs effektlərini videonun məqsədinə və brend üslubuna uyğun seçmək;
  • Videoları müxtəlif platformalar üçün şaquli, üfüqi və digər tələb olunan formatlara uyğunlaşdırmaq;
  • Uzun videolardan qısa fraqmentlər və reklam versiyaları hazırlamaq;
  • Təkrarlanan kontent formatları üçün istifadə oluna bilən motion şablonları yaratmaq;
  • Content Strategist & Creative Producer, SMM mütəxəssisləri və qrafik dizaynerlə koordinasiyalı işləmək;
  • Geribildirim əsasında düzəlişləri tətbiq etmək, materialları razılaşdırılmış müddətdə təhvil vermək;
  • Layihə fayllarını, istifadə olunan materialları və yekun versiyaları sistemli saxlamaq;

Namizədə tələblər:

  • Video montaj və motion dizayn üzrə praktik təcrübə;
  • Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
  • Kompozisiya, tipoqrafiya, rəng və animasiya prinsipləri üzrə bilik;
  • Videonun ilk saniyələrində maraq yaratmaq, məzmunun aydınlığını və izləmə tempini qorumaq bacarığı;
  • Həm dinamik sosial media videoları, həm də təmkinli və peşəkar təqdimatlar hazırlamaq bacarığı;
  • Səs emalı və rəng korreksiyası üzrə praktik bilik;
  • Azərbaycan dilində subtitr və ekranda göstərilən mətnlərdə səhvləri müəyyən etmək bacarığı;
  • Hazır şablonları brendə uyğunlaşdırmaqla yanaşı, fərdi motion elementlər hazırlamaq bacarığı;
  • Musiqi, şrift və digər materialların istifadə hüquqlarına diqqət etmək;
  • Briflə işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;
  • Montaj və motion dizayn bacarıqlarını göstərən portfolio və ya showreel.

Üstünlük veriləcək:

  • YouTube müsahibələri və çoxkameralı çəkilişlərin montajı üzrə təcrübəyə;
  • Adobe Photoshop və Illustrator proqramlarında işləmək bacarığına;
  • AI alətlərindən video istehsalına dəstək məqsədilə istifadə təcrübəsinə;
  • ClickUp və ya oxşar layihə idarəetmə alətləri ilə tanışlığa.

Komandada iş bölgüsü:

  • Kontent strategiyası və yaradıcı istiqamət Content Strategist & Creative Producer tərəfindən
  • müəyyən edilir. Çəkilişləri SMM mütəxəssisləri həyata keçirir.
  • Motion Designer / Video Editor təqdim edilmiş materialların montajına, animasiyasına və texniki
  • cəhətdən keyfiyyətli yekun versiyasına cavabdehdir. Çəkilişdən əvvəl görüntü və səs
  • materiallarına dair texniki ehtiyacları komandaya bildirir.
  • Vəzifə birbaşa Marketing Lead-ə tabedir.

İş qrafiki:

  • Həftədə 5 iş günü və 2 istirahət günü;
  • Əsas iş saatları: 10:00–19:00;
  • İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir;
  • Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV, qısa motivasiya məktubu və portfolio/showreel linkinizi mövzu hissəsində “Motion Designer / Video Editor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Portfolioda təqdim etdiyiniz işlərdə montaj, animasiya, səs emalı və rəng korreksiyası üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
2 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
423

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Motion dizayner üzrə bazar adətən 950–1 600 ₼ ödəyir, median — 1 100 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

6 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Motion dizayner kimi öz maaşını yoxla

Şirkət haqqında

Honours Academy
Education · Baku
Honours Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Həftədə 5 iş günü, əsas iş saatları 10:00–19:00, şənbə və bazar günləri iş günü ola bilər.

İş Bakıda yerləşir.

Əməkhaqqı bilik, bacarıq və təcrübəyə əsasən qarşılıqlı razılaşma ilə müəyyən edilir.

CV, motivasiya məktubu və portfolio/showreel linkini mövzu hissəsində “Motion Designer / Video Editor” qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Motion dizayner üzrə Bakıda digər açıq elanlar.

Jseven Company MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Motion Designer kimi sosial media və reklam üçün kreativ 2D və 3D animasiyalar hazırlayır, minimum 3 il təcrübə tələb olunur.

Motion DesignBlenderCinema 4DColor Theory+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Kaspi Təhsil Şirkəti
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Sosial media üçün qrafik və motion dizaynlar hazırlayır, Adobe proqramlarında təcrübəsi olmalıdır.

Adobe PhotoshopAdobe IllustratorAdobe After EffectsAdobe Premiere Pro+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

SMM üçün kreativ motion və qrafik dizayn işləri görür, Adobe proqramlarını bilir.

Adobe After EffectsAdobe PhotoshopAdobe Illustrator
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Motion Designer rəqəmsal platformalar üçün hərəkətli qrafiklər və animasiyalar yaradır, After Effects bacarığı tələb olunur.

Motion DesignMotion GraphicsAnimationStoryboarding+5
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Motion dizayner / video redaktor
Müraciət et