Vakansiya haqqında

İşin təsviri:

Milli Süni İntellekt Mərkəzi (NAIC) AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların, texnoloji həllərin və onların tətbiqinin inkişafını təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Hazırda NAIC-in məhsul, layihə və kommunikasiya istiqamətləri üzrə kreativ vizual həllərin hazırlanması, motion graphics və video kontentin yaradılması, eləcə də müasir dizayn və AI alətlərindən istifadə etməklə vizual kommunikasiyanın gücləndirilməsi məqsədilə Motion Dizayner axtarışındayıq.

  • Sosial media platformaları üçün brend identikasiyasına uyğun statik vizual kontentin hazırlanması (postlar, storilər və s.).
  • Brend identikasiyasının elementlərinin hazırlanması və inkişaf etdirilməsi (logo, brend elementləri və s.).
  • Təqdimatlar və digər kommunikasiya materialları üçün peşəkar vizual dizaynların hazırlanması.
  • Reklam və tanıtım məqsədli video materiallar üçün 2D və 3D motion qrafik elementlərinin hazırlanması.
  • Rəqəmsal platformalar üçün animasiyalı sosial media kontentinin hazırlanması (animasiya olunmuş postlar, videolar və s.).
  • Kreativ vizual kontentin hazırlanması üçün süni intellekt əsaslı dizayn və vizual generasiya alətlərindən istifadə.
  • Videoqraflarla əməkdaşlıq edərək videomateriallar üçün motion qrafik elementlərinin hazırlanması (overlay-lər, titrlər, keçidlər və vizual effektlər).
  • Marketinq və reklam məqsədli layihələr üçün realistik 3D dizayn və vizuallaşdırmaların hazırlanması.
  • Hazırlanan bütün dizayn və animasiya materiallarının brend qaydalarına, kampaniya məqsədlərinə və istifadə ediləcək platformaların texniki tələblərinə uyğunluğunu təmin etmək.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Son tarix
26 sentyabr 2026

Şirkət haqqında

National Artificial Intelligence Center
Research Services · 50-100 · Baku

Nəqliyyat və Kommunikasiya Holdinq (AZCON Holding) şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir.

National Artificial Intelligence Center — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Odixcity Consulting
Middle · 3–5 il
Maaş göstərilməyib

İnsan 2D və 3D animasiyalar hazırlayır, animasiya proqramlarında mükəmməl bacarıq tələb olunur.

BlenderAdobe After EffectsLighting2D Animation+5
Müraciət et
Rabitəbank ASC
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Bankın daxili brendinqi və PR tədbirləri üçün 3D qrafik dizayn və animasiya hazırlayır, 3 ildən çox təcrübə tələb olunur.

BlenderCinema 4DLightingCreative Thinking+12
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Motion dizayner
Müraciət et