Vakansiya haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Qrafik & Motion dizayner” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.
  • Namizəddən yalnız mövcud tapşırıqları icra etməsi deyil, problemi düzgün analiz etməsi, effektiv həll yolu təklif etməsi, AI texnologiyalarından istifadə etməklə iş proseslərini sürətləndirməsi və nəticələrin keyfiyyətini artırması gözlənilir.

Əsas vəzifə öhdəlikləri:

  • Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
  • Rəqəmsal kampaniyalar və sosial media üçün “motion design” və animasiyaların hazırlanması;
  • Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
  • Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
  • Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
  • Qrafik və “motion design” sahəsində trendləri izləmək və işə tətbiq etmək.

Tələblər:

  • “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
  • Həm qrafik, həm də “motion” dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
  • Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
  • Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
  • Komanda ilə effektiv işləmə vərdişləri;
  • AI alətlərindən istifadə edərək kreativ ideya və vizual konseptlərin inkişaf etdirilməsi, dizayn və motion alternativlərinin işlənib hazırlanması, həmçinin yaradıcı iş proseslərinin sürətləndirilməsi və optimallaşdırılması üzrə praktiki bacarıq;
  • Tapşırığı yalnız icra etmək deyil, daha yaxşı və effektiv icra üsulu təklif etmək bacarığı;
  • Məlumatı araşdırmaq, müqayisə etmək və düzgün nəticə çıxarmaq bacarığı;

AI üzrə gözləntimiz

  • Namizədin “ChatGPT istifadə edirəm” deməsi kifayət deyil.

Bizim üçün vacib olan namizədin:

  • Problemi → AI ilə düzgün analiz etməsi → düzgün prompt və yanaşma qurması → nəticəni yoxlaması → təkmilləşdirməsi → yekun nəticəni real işə tətbiq etməsi
  • prosesini bacarmasıdır.
  • Namizəd müxtəlif AI alətlərindən istifadə etməklə öz işinin daha sürətli, daha keyfiyyətli və daha effektiv görülməsini təmin etməyi bacarmalıdır.

Biz kim axtarırıq?

  • Biz hazır biliklərlə kifayətlənən deyil, öyrənməyi bacaran və özünü daim inkişaf etdirən mütəxəssis axtarırıq.

Əgər siz:

  • yeni texnologiyaları sınamağı sevirsinizsə;
  • AI alətlərindən aktiv istifadə edirsinizsə;
  • problemi görəndə həll yolu düşünürsünüzsə;
  • “bunu necə daha yaxşı etmək olar?” sualını verirsinizsə;
  • analitik və kreativ düşünürsünüzsə;
  • yeni alətləri müstəqil şəkildə öyrənə bilirsinizsə;
  • nəticəyə fokuslanırsınızsa,
  • sizi komandamızda görmək istəyirik.

Təklif etdiyimiz imkanlar:

  • Yaradıcı və dinamik komanda mühiti;
  • Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr;
  • Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan mükafatlandırma sistemi;
  • Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları.

İş qrafiki:

  • Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
  • İş saatları: 10:00 – 19:00;
  • İstirahət günləri: Şənbə və Bazar.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Qrafik & Motion dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Honours Academy
Education · Baku
Honours Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Step IT Academy Azerbaijan
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Qrafik dizayn materialları hazırlayır, Adobe proqramlarında ən azı 2 il təcrübəsi olmalıdır.

Adobe PhotoshopAdobe IllustratorAdobe InDesignAdobe After Effects+8
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Motion Designer kimi dinamik vizual kontent yaradır və Adobe After Effects bacarığı tələb olunur.

Motion DesignAdobe After EffectsAdobe Premiere ProDaVinci Resolve+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Qrafik və motion dizayner
Müraciət et