Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Iş barədə məlumat:
Automobiles Group portfelinə daxil olan bütün brendlər üçün rəqəmsal və çap materiallarının vizual dizaynını hazırlamaq.
Sosial media postları, story və reel cover-ları, reklam bannerləri, kampaniya vizualları, e-mail materialları, təqdimatlar, broşürlər, kataloqlar, POSM materialları və digər marketinq daşıyıcıları üzrə dizayn işlərini icra etmək.
Yeni model təqdimatları, xüsusi qiymət kampaniyaları, showroom tədbirləri, test-drive aktivlikləri, BTL layihələri və korporativ kommunikasiya üçün yaradıcı vizual konseptlər hazırlamaq.
Hər brendin rəsmi brand guideline, loqo istifadəsi, rəng palitrası, şrift, dizayn dili və digər vizual identifikasiya qaydalarına uyğun işləmək.
Global tərəfdən təqdim olunan vizual materialları lokal bazarın kommunikasiya ehtiyaclarına uyğunlaşdırmaq və müxtəlif ölçü-formatlarda adaptasiya etmək.
Marketinq, rəqəmsal marketinq, content və communications komandaları ilə əməkdaşlıq edərək kampaniya brief-lərinə uyğun vizual həllər təqdim etmək.
Dizayn işlərinin kontent planına, kampaniya tarixlərinə və təsdiqlənmiş deadline-lara uyğun vaxtında hazırlanmasını təmin etmək.
Təqdim olunan dizaynların keyfiyyətinə, mətnlərin düzgünlüyünə, qiymət və kampaniya məlumatlarının dəqiq yerləşdirilməsinə nəzarət etmək.
Çap məhsulları üçün mətbəə tələblərinə uyğun, yüksək keyfiyyətli və çap üçün hazır fayllar hazırlamaq; istehsal prosesində rəng, ölçü və material keyfiyyətinə nəzarət etmək.
Foto və video prodakşn materiallarının seçilməsi, retouch, vizual adaptasiyası və kampaniya materiallarında istifadəsində iştirak etmək.
Mövcud dizayn arxivini, loqo və brand asset-lərini sistemli şəkildə idarə etmək və komandanın istifadəsi üçün aktual faylları təmin etmək.
Sosial media və avtomobil sektorunda vizual dizayn trendlərini izləmək, brendlərin kommunikasiya keyfiyyətini yüksəldəcək yeni yaradıcı yanaşmalar təklif etmək.
İş prosesini sürətləndirmək və yaradıcı həlləri təkmilləşdirmək məqsədilə uyğun AI dizayn alətlərini araşdırmaq və istifadə etmək.
Şirkətin bütün kommunikasiya materiallarında vahid, premium və peşəkar vizual standartın qorunmasını təmin etmək.
İş şəraiti
İş qrafiki: Həftə içi 6 gün
İş ünvanı: Bakı, Babək prospekti.
Namizədə tələblər:
Ali təhsil (aidiyyatı ixtisas üzrə)
Dizaynes sahəsi üzrə ixstisaslaşma sertifikatları
Qrafik Dziayner sahəsində iş təcrübəsi mütləqdir;
Azərbaycan dilini səlis bilməli, ingilis dili, rus dilini bilməsi arzu olunandır;
MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


