Vakansiya haqqında

UI/UX Designer junior

Şirkət: Chingizkhan Technologies
İş yeri: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Maaş: 400–800 AZN — razılaşmağa əsasən

Biz kimik və kim axtarırıq?

Chingizkhan Technologies müxtəlif rəqəmsal məhsullar, veb platformalar və texnologiya layihələri üzərində çalışan yeni nəsil texnologiya şirkətidir. Hazırda komandamıza UI/UX Designer axtarırıq.

Bizim üçün illərin təcrübəsindən və diplomdan daha vacib olan UI/UX sahəsinə real marağın, öyrənmək istəyin və inkişaf potensialındır.

Kurs keçmisənsə, öz üzərində işləyirsənsə, şəxsi layihələr hazırlamısansa və bu sahədə peşəkarlaşmaq istəyirsənsə, müraciət edə bilərsən.

Şirkət haqqında

Şirkətimizi və komandamızı hazırda sıfırdan formalaşdırırıq. Buna görə potensialı olan, öyrənməyə açıq və bizimlə birlikdə inkişaf etmək istəyən namizədlərə üstünlük veririk. Təcrübəli namizədlər də nəzərdən keçiriləcək. Lazım olduqda komandanın inkişafı üçün mentor və peşəkar dəstək də cəlb edəcəyik.
Qeyd: Heçbir sosial şəbəkədə aktiv olaraq fəaliyyətimiz yoxdur.

Kimə üstünlük veriləcək?

İş yerimiz Sumqayıtda olduğu üçün ilk növbədə Sumqayıtda və yaxın ərazidə yaşayanlara üstünlük veririk yol probleminə görə. Digər şəhər və rayonlardan müraciətlər də nəzərdən keçiriləcək.

Təcrübə və təhsil

Təcrübə: Mütləq deyil. Kurslar, şəxsi layihələr, portfolio, araşdırmalar və öz üzərində işləməyin bizim üçün önəmlidir.

Təhsil: Universitet diplomu məcburi deyil. Dizayn, UI/UX, qrafik dizayn və ya IT üzrə təhsil sadəcə üstünlükdür.

Xarici dil: Məcburi deyil.

Texniki bacarıqlar

Aşağıdakıların hamısını bilməyin tələb olunmur. Bildiyin və praktik istifadə etdiyin bacarıqlar üstünlükdür:

  • Figma
  • Interactive Prototype
  • Auto Layout
  • Components & Variants
  • Design System
  • Responsive Design
  • User Flow
  • Wireframing
  • UX Research
  • Usability
  • Mobile & Web UI Design
  • Typography & Color Theory
  • Graphic Design

Bacarıq səviyyən və portfolio işlərin başlanğıc maaşının müəyyən edilməsində nəzərə alınacaq.

Bizim üçün ən vacib məsələ — yanaşmandır.

Yəni tapşırıq qarşısında “bilmirəm”, “mənim sahəm deyil”, “etməmişəm” deyib geri çəkilməyini istəmirik.

“Bilmirəm, amma öyrənəcəyəm” yanaşmasını gözləyirik.

Hər şeyi bilməyin vacib deyil. Əsas olan araşdırmaq, sual vermək, öyrənmək və problemi həll etməyə çalışmaqdır.

Sənə nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş
  • Real layihələrdə praktiki təcrübə
  • Portfolio və peşəkar inkişaf
  • Məsuliyyət və karyera artımı
  • Bacarıq və nəticələr artdıqca maaşın yenidən qiymətləndirilməsi
  • Gələcəkdə bonus və əlavə motivasiya sistemləri
  • Daha böyük və beynəlxalq layihələrdə iştirak imkanları

Məqsədimiz sadəcə işçi tapmaq deyil, uzunmüddətli peşəkar komanda qurmaqdır.

Müraciət

Ünvan: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Əlaqə: 055 - 963 22 77 (Yalnız WhatsApp vasitəsilə mesaj göndərin)

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Sumqayıt, Bulvar ərazisi, Bulvar Plaza
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400–800 ₼
Yerləşdirilib
28 sentyabr 2026
Son tarix
28 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
39

Maaş bazarla müqayisədə

UX/UI dizayner üzrə bazar adətən 600–1 400 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 400–800 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

3 açıq vakansiya, 78 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

UX/UI dizayner kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza yerləşir.

İş rejimi full-time, ofisdən, həftədə 5 gündür.

Təcrübə mütləq deyil, kurslar və şəxsi layihələr üstünlükdür.

Maaş 400–800 ₼ arasıdır, razılaşmaya əsasən dəyişə bilər.

Figma, prototipləşdirmə, dizayn sistemləri və UX tədqiqatı kimi bacarıqlar üstünlükdür.

“Bilmirəm, amma öyrənəcəyəm” yanaşması gözlənilir.

Namizəd CV-ni e-mail vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

UX/UI dizayner üzrə Sumqayıtda digər açıq elanlar.

TuranBank ASC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib2 gün qalıb

Rəqəmsal məhsullar üçün intuitiv UX/UI dizaynlar hazırlayır və ən azı 1 il təcrübəsi var.

UI DesignFigmaWireframingPrototyping+12
Müraciət et
Bir
JuniorBakı
Maaş göstərilməyib

Müştəri təcrübəsini təkmilləşdirmək üçün analitik düşüncəli UX/UI təcrübəçi axtarılır.

Customer Journey MappingData AnalysisTeamworkCustomer Research+4
Müraciət et
The Flex
Middle
Maaş göstərilməyib

Qısa müddətli kirayə biznesi üçün mürəkkəb əməliyyatları sadə və gözəl dizayn edir, güclü Figma bacarığı tələb olunur.

UI DesignUser ResearchPrototypingFigma+8
Müraciət et
Digital Classifieds
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Veb və mobil məhsullar üçün UX/UI dizayn hazırlayır, Figma bilikləri tələb olunur.

UI DesignFigmaUX ResearchUsability Testing+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
400–800 ₼
UI/UX dizayner
Müraciət et