Rəqəmsal və çap materiallarının dizaynını və video montajını aparır, Adobe proqramlarında sərbəst işləməyi bacarır.
Fotoqraf / videograf (event və teambuilding)
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Bakı və regionlarda keçirilən teambuilding və korporativ tədbirlərin foto və video çəkilişini həyata keçirmək
- Tədbirin əsas anlarını, oyunları, emosiyaları və komanda ruhunu foto və video vasitəsilə düzgün və kreativ şəkildə əks etdirmək
- Çəkilmiş fotolar üzərində ilkin və orta səviyyəli post-production / edit işlərinin aparılması (rəng korreksiyası, işıq balansı, kadr seçimi və s.)
- Tədbirlərdən hazırlanacaq qısa video kontentlərin montajını həyata keçirmək
- Reels, Stories və sosial media üçün dinamik video materiallar hazırlamaq
- Foto və video materialların vaxtında təhvil verilməsi və sistemli şəkildə arxivləşdirilməsi
- Event menecer və SMM komandası ilə koordinasiyalı və effektiv əməkdaşlıq
Tələblər:
- Foto və video çəkilişi sahəsində minimum 1 il iş təcrübəsi
- Kamera və əsas foto/video çəkiliş avadanlıqları ilə işləmə bacarığı
- Foto və video redaktə proqramları ilə işləmə bacarığı(Adobe Lightroom, Photoshop, Premiere Pro, CapCut və oxşar proqramlar)
- Video montaj və post-production bacarığı
- Sosial media üçün kreativ və dinamik video kontent hazırlamaq bacarığı
- Komanda ilə işləmə və dinamik iş mühitinə sürətli adaptasiya qabiliyyəti
- Region tədbirlərində iştirak etməyə və tədbir günlərində gec saatlara qədər işləməyə hazır olmaq
- Kreativ baxış, detallara diqqət və məsuliyyətli yanaşma
- Portfolio təqdim etmək
İş qrafiki:
- Həftənin 2 iş günü ofisdə standart iş rejimi
- Tədbir günlərində isə ofis günlərindən əlavə olaraq, tədbirlərin keçirildiyi məkanlarda iş prosesi
- İş saatları: 10:00 – 18:00
Əlavə üstünlüklər:
- Korporativ kompüter təminatı
- Tədbir günlərində nəqliyyat və qidalanma xərclərinin qarşılanması
- Davamlı layihələrdə və müxtəlif miqyaslı eventlərdə iştirak imkanı
- Kreativ və dinamik iş mühiti
Əmək haqqı: 800 – 1000 AZN (namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir)
Maraqlanan namizədlər CV və portfolyolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən, mövzu (subject) hissəsində müraciət etdikləri vakansiyanın adını — “Fotoqraf / Videograf (Event & Teambuilding)” qeyd etmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Video montajçısı üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 200 ₼.
10 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Video montajçısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 10:00 – 18:00, tədbir günlərində əlavə iş saatları olur.
Həftənin 2 iş günü ofisdə, tədbir günlərində isə tədbir məkanlarında işləmək tələb olunur.
Əmək haqqı 800 – 1000 arasında, təcrübəyə əsasən müəyyən edilir.
Korporativ kompüter, tədbir günlərində nəqliyyat və qidalanma xərcləri, davamlı layihələrdə iştirak imkanı var.
CV və portfolionu e-poçtla göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideo montajçısı üzrə Bakıda digər açıq elanlar.
İdman federasiyasının tədbirləri üçün video çəkiliş və montaj işlərini aparmaq, Adobe proqramlarını bilmək.
Instagram Reels videolarını və müştəri şəkillərini peşəkar şəkildə redaktə edir, 1-2 il təcrübə tələb olunur.
YouTube və sosial media üçün videoları montaj edir, Premiere Pro və Canva bilikləri tələb olunur.

