İnsan resursları üzrə biznes tərəfdaş

OBA Marketlər şəbəkəsi

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
7 avqust 2026

Vakansiya haqqında

Şəbəkə mağazaları üzrə işə qəbul prosesini həyata keçirmək, vakansiya elanlarını hazırlamaq, namizədlərlə müsahibələr keçirmək və uyğun namizədlərin seçimini təmin etmək;

İşə qəbul olunan əməkdaşların sənədlərinin tamlığını yoxlamaq və rəsmiləşdirilməsi üçün müvafiq struktur bölməsinə yönləndirmək;

Əməkdaşların transfer proseslərini koordinasiya etmək və ştat cədvəlinə uyğun olaraq işçi sayına nəzarət etmək;

İşə qəbul layihələrinin (Açıq Qapı Günləri, Karyera Sərgiləri, Karyera Günləri və digər employer branding tədbirləri) planlaşdırılması və təşkilində iştirak etmək;

Şirkətin işə qəbul siyasət və prosedurlarına uyğunluğun təmin edilməsinə nəzarət etmək;

Vakansiyalar üzrə işə qəbul hesabatlarını hazırlamaq və müvafiq rəhbərliyə təqdim etmək;

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;

İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;

İşə qəbul və seçim proseslərinin, müsahibə metodlarının tətbiqi üzrə praktiki bacarıqlar;

MS Office proqramlarından (Word, Excel, PowerPoint) yaxşı səviyyədə istifadə bacarığı;

Yüksək iş tempi və dinamik pərakəndə satış mühitində effektiv işləmək bacarığı;

Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · Baku

OBA Market is a discount grocery retail chain in Azerbaijan, part of the Veyseloglu Group, operating over 1,200 neighborhood stores.

OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Su İnşaat MMCBakıMiddle500–600 ₼9 gün əvvəl
Business DevelopmentClient Relationship ManagementCompetitive Analysis
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə biznes tərəfdaş
Müraciət et