İşçilərin işə qəbulu və kadr əməliyyatlarını idarə etmək üçün əmək qanunvericiliyini bilmək.
Vakansiya haqqında
"Mint Services" MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
- İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
- İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
- Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
- Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
- İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
- Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
- Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
- İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
- İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
- Azərbaycan dili səlist, xarici dil biliyi üstünlükdür;
- Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
- Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
- Çoxşaxəli iş mühitində işləmək bacarığı.
- İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
İş şəraiti:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- İstirahət günü: Şənbə, Bazar;
- İş yeri: Bakı şəhəri, Globus Center;
- Nahar şirkət tərəfindən verilir;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 900 AZN.
Uyğun namizədlər öz CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
3–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900 ₼
Yerləşdirilib
17 avqust 2026
Dillər
Azerbaijani
Son tarix
17 sentyabr 2026
Şirkət haqqında
MINT Services MMC
Facilities Services · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
900–1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
800–1 000₼
İşə qəbul və əmək müqavilələrinin idarə olunmasını həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
İşə qəbul, əmək münasibətləri və işçi sənədlərinin idarə olunmasını həyata keçirir, minimum 1-2 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Filialın inzibati işlərini idarə edir və ən azı 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




