İnsan resursları sahəsində təcrübə qazanmaq və inzibati proseslərdə dəstək olmaq.
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- AR Əmək Məcəlləsi və İR əməliyyatları üzrə biliklər;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi.
Qeyd: Təcrübəsi olmayan namizədlər təcrübəçi olaraq dəyərləndiriləcək.
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; - İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
- İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
- Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
- Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Müvafiq hesabatların rəhbərliyə təqdim olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
İş şərtlərimiz:
- Əmək haqqı: 500-600 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Xırdalan, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
- Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).
CV-lərinizi “İR Assistent” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–600 ₼
Yerləşdirilib
18 sentyabr 2026
Son tarix
18 oktyabr 2026
HRX ilə müraciət
11
Baxış
39
Maaş bazarla müqayisədə
HR köməkçisi üzrə bazar adətən 500–600 ₼ ödəyir, median — 550 ₼.
bu vakansiya · 500–600 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya
4 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR köməkçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Grand Motors
Wholesale Machinery · Baku
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR köməkçisi üzrə Bakıda digər açıq elanlar.
Maaş göstərilməyib
Maaş göstərilməyib4 gün qalıb
Layihələr üzrə işçilərin şəxsi işlərini aparır və kadr sənədlərini təşkil edir.
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib7 gün qalıb
İnsan Resursları sahəsində praktiki biliklər əldə edən və əmək qanunvericiliyini öyrənən təcrübəçi.
Maaş göstərilməyib
İşə qəbul, əmək münasibətləri və sənədləşmə işlərini aparmaq üçün əmək qanunvericiliyini bilmək.
Report PreparationLabor legislation complianceRecruitment Process ManagementEmployee record keeping+5




