Məhsul və xidmətlərin keyfiyyət standartlarına nəzarət edir, keyfiyyətə nəzarət bilikləri tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, şirkətin daxili normativ sənədlərinə, nizamnaməsinə, prosedur və təlimatlarına, habelə rəhbərliyin müvafiq göstəriş və əmrlərinə uyğun olaraq insan resursları üzrə sənədləşmə işlərini həyata keçirmək;
- İşçilərin işə qəbulu, başqa vəzifəyə və ya struktur bölməsinə keçirilməsi, əmək müqaviləsinə dəyişikliklərin edilməsi, məzuniyyətə buraxılması və əmək münasibətlərinə xitam verilməsi ilə bağlı sənədləri hazırlamaq və rəsmiləşdirmək;
- İşçinin işdən azad edilməsi zamanı müəyyən edilmiş prosedura uyğun olaraq dövriyyə vərəqəsini hazırlamaq, aidiyyəti struktur bölmələrindən təsdiqləri toplamaq və sənədləşmə prosesini tamamlamaq;
- İşçilərin şəxsi işini formalaşdırmaq, sistemləşdirmək, qeydiyyatını və müvafiq məlumatların aktuallığını təmin etmək;
- Əmək münasibətləri ilə bağlı məlumatların ƏMAS və digər aidiyyəti elektron sistemlərə düzgün və vaxtında daxil edilməsini təmin etmək;
- İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri müvafiq məlumat bazalarında vaxtında yeniləmək;
- Vakansiyalar üzrə işə qəbul prosesini təşkil etmək: vakansiyanın hazırlanması və elan edilməsi, namizədlərin axtarışı və cəlb olunması, CV-lərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak etmək;
- Seçilmiş namizədlərin işə qəbul sənədlərinin hazırlanmasını və işə qəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
- Yeni işə qəbul olunan əməkdaşların şirkətin daxili qaydaları, iş prinsipləri və vəzifə öhdəlikləri ilə tanışlığını təşkil etmək, adaptasiya prosesini izləmək və nəticələri barədə müvafiq məlumatları hazırlamaq;
- İşçilərin məzuniyyət hüquqlarının və məzuniyyət istifadəsinin uçotunu aparmaq;
- Məzuniyyətlərlə bağlı əmrlərin və digər zəruri sənədlərin hazırlanmasını və düzgün rəsmiləşdirilməsini təmin etmək;
- İşçilərin xəstəlik vərəqələri ilə bağlı sənədləşmə və uçot prosesini həyata keçirmək;
- İşçilərin şəxsi və əmək fəaliyyətinə dair məlumat bazasının aparılmasını, mütəmadi yenilənməsini və məlumatların düzgünlüyünü təmin etmək;
- Kadr axınının (işçi dövriyyəsinin) səbəblərini təhlil etmək, əsas səbəbləri müəyyənləşdirmək və kadr axınının azaldılması ilə bağlı təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- İşçilərin əmək intizamı, davamiyyəti və HR prosedurlarına riayət olunması ilə bağlı məlumatların toplanmasında və təhlilində iştirak etmək;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı daxili hesabatları, statistik məlumatları və analitik arayışları hazırlamaq;
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və HR sənədləşməsi və proseslərində müvafiq dəyişikliklərin tətbiqində iştirak etmək;
- HR auditləri və yoxlamaları zamanı tələb olunan sənədləri və məlumatları hazırlamaq, sənədlərin qanunvericiliyə və şirkətin daxili prosedurlarına uyğunluğunu təmin etmək;
- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi və izlənilməsi;
- İşçilərin inkişaf planlarının hazırlanması, mentorluq proqramlarının idarə olunması və karyera yüksəlişi proseslərinin tənzimlənməsi;
- İşçilərin ehtiyaclarının müəyyənləşdirilməsi, daxili və xarici təlimlərin təşkil olunması, onboarding (işə adaptasiya) prosesinin təkmilləşdirilməsi;
- Daxili kommunikasiyanın gücləndirilməsi, işçi məmnuniyyətinin artırılması istiqamətində layihələrin həyata keçirilməsi;
- Rəhbərliyin tapşırığına əsasən insan resurslarının idarə edilməsi ilə bağlı digər funksiyaları həyata keçirmək.
Tələblər
- İnsan resurslarının idarə edilməsi, kadr inzibatçılığı və ya əlaqəli sahə üzrə ali təhsil;
- HR/Kadr inzibatçılığı sahəsində 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- ƏMAS və digər elektron HR sistemləri ilə işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel və Word üzrə yaxşı istifadə bacarığı;
- Sənədlərlə işləmə, məlumatların sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
- Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyətlilik;
- Məxfi məlumatlarla işləmə və konfidensiallığı qoruma bacarığı;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Həyat Yığım sığortası
- Korporativ Mühit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir.
İdeal Kredit BOKT — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan resursları və inzibati işləri idarə edir, minimum 5 il təcrübə tələb olunur
Beynəlxalq stomatoloji məhsulların satınalması və inkişafı üzrə tədqiqat və danışıqlar aparır, güclü analitik bacarıq tələb olunur.
Anbar və kassa inventarizasiyalarını təşkil edir, təftiş aparır və hesabat hazırlayır, 3 il təcrübə tələb olunur.


