Kadr tələbatına uyğun vakansiyaların elanını və işə qəbul prosesini idarə edir.
Vakansiya haqqında
Şirkətimizə İnsan resursları sahəsində çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri
- Şirkətin kadr tələbatına uyğun olaraq vakansiyaların elan edilməsi, CV-lərin seçilməsi və müsahibələrin təşkili;
- İşəqəbul, başqa işə keçirilmə, azad olunma və məzuniyyət proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirilməsi;
- ƏMAS portalında (e-gov) əmək müqaviləsi bildirişlərinin vaxtında işlənilməsi və tənzimlənməsi;
- Personalın şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və davamiyyət uçotunun (tabel) aparılması;
- Şirkətdaxili intizam qaydalarına riayət olunmasına nəzarət və uyğunlaşma (onboarding) prosesinin təşkili.
Əlavə məlumat:
- Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi
- Əmək haqqı: 800-1500 AZN (Müsahibə əsasında dəyişə bilər)
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatı: 09:00 – 18:00
- Təklif edirik: Mobil nömrəynən təminat, nahar yeməyi
Tələblər
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi arzuolunandır);
- HR sahəsində 1-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Microsoft Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət qabiliyyəti, təşkilatçılıq, məsuliyyətlilik və məxfiliyi qoruma bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 055 853 96 43
Şirkət haqqında
"Army" marketlər şəbəkəsi 2012-ci ildən pərakəndə satış sahəsində fəaliyyət göstərir. İlk fərqli konseptlə və özünəməxsusluğu ilə yaddaşlara həkk olan mağaza şəbəkəsidir "Army".
Army Group — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İşçi axtarışı və seçimi aparır, müasir İnsan Resursları biliklərinə malikdir.
İşçilərin işə qəbulu və kadr əməliyyatlarını idarə etmək üçün əmək qanunvericiliyini bilmək.
Məhkəmə və icra şöbəsinin fəaliyyətini idarə edir, hüquq sahəsində ən azı 3 il təcrübəsi var.




