Seçim və yerləşdirmə bölməsinin rəhbəri

Bank of Baku

Vakansiya haqqında

Vəzifə funksiyaları
Vəzifə funksiyaları
I. Strateji idarəetmə və planlaşdırma
  • Bankın illik/rüblük işəgötürmə strategiyasını hazırlayır, biznes məqsədləri ilə uzlaşdırır;
  • Əsas KPI-ları (İşə qəbul müddəti, İşə qəbulun keyfiyyəti, sınaq müddətini keçmə faizi, Erkən işdən çıxma faizi) müəyyən edir və icrasına məsuliyyət daşıyır;
  • İşəgötürmə kanallarının effektivliyini analiz edir, büdcə bölgüsünü optimallaşdırır;
  • Kadr Rezervi bazasının formalaşdırılması üzrə strategiya hazırlayır.
II. Komanda idarəetməsi
  • Şöbə əməkdaşlarının iş bölgüsünü və fərdi KPI-larını müəyyən edir, icrasını qiymətləndirir;
  • Daxili prosedur və təlimatları hazırlayır/təkmilləşdirir;
  • Adaptasiya proqramının effektivliyini ölçür və nəticələr əsasında düzəlişlər edir.
III. Proses və nəticələrin idarə edilməsi
  • Vakansiyaların icra sürəti və keyfiyyətinə monitorinq aparır, gecikmələri struktur rəhbərləri ilə əlaqələndirir;
  • işə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləyir kritik nöqtələrüçün təkliflər verir;
  • Namizəd təcrübəsi sorğularını təşkil edir və nəticələrə uyğun düzəlişlər edir;
  • Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və Employer Branding tədbirlərini illik qiymətləndirir.
IV. Hesabatlıq və nəzarət
  • Rəhbərliyə işə qəbul prosesinə dair hesabatlar təqdim edir;
  • CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət edir;
  • Tələb blanklarının vaxtında icrasına və sənədləşmənin qanunvericiliyə uyğunluğuna nəzarət edir;
Vəzifəyə dair tələblər
 İdarəetmə, İqtisadiyyat, İnsan resursları və oxşar sahələrdə ali təhsil
 İnsan resursların dair beynəlxalq sertifikatın (HRCİ, SHRM) olmasına üstünlük verilir
 İşə qəbul üzrə 5 il və daha çox iş təcrübəsinin olması (Bank təcrübəsinin olması üstünlükdür)
 Sahəsi üzrə rəhbər vəzifədə 1-3 il iş təcrübəsinin olması
 Əmək məcəlləsi və bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi
Yumşaq bacarıqlar
  • Nəticəyə yönümlülük
  • Detallara diqqət
  • İşi təqib etmə
  • Danışıq aparma
  • Planlama və təşkiltmə
  • Təşkilatı anlama
  • Qətiyyətlilik
Dil biliyi
  • Azərbaycan - Yüksək
  • Rus - Yüksək
  • İngilis - Yüksək
Kompüter biliyi
  • MS Excel - Yüksək
Sosial şəbəkələrdə paylaş
Vakansiya tarixi
11 Avqust 2026
Bitmə tarixi
25 Avqust 2026
Təhsil səviyyəsi
Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi
5 - 6 il
Struktur
İnsan resursları departamenti / İşə qəbul şöbəsi
Ünvan
Bakı, Atatürk pr., 42
Yerləşmə
Bakı
Təcrübə
5–6 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Bank of Baku
Banking & Financial Services · 1,001-5,000 · Baku
Bank of Baku — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Peçar Dönər
Middle · 1–2 il
Maaş göstərilməyib

Restoran filialının gündəlik əməliyyatlarını idarə edir və komanda rəhbərliyi bacarığı tələb olunur

Team ManagementLeadershipInventory ManagementSales target achievement+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Seçim və yerləşdirmə bölməsinin rəhbəri
Müraciət et