Təşkilati inkişaf şöbəsinə böyük mütəxəssis

Bakı Metropoliteni

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Strateji məqsədlərə uyğun təşkilati struktur, ştat cədvəli və vəzifə bölgülərinin effektivlik və idarəetmə prinsipləri əsasında dizayn edilməsi və idarə olunması;İş analizi metodologiyalarını tətbiq etməklə vəzifələrin məqsəd, funksiya, məsuliyyət və səlahiyyətlərinin müəyyənləşdirilməsi;Vəzifə təlimatlarının, vəzifə pasportlarının və digər təşkilati sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi;Dərəcələndirmə (Grading) sisteminin qurulması, vəzifələrin qiymətləndirilməsi və vəzifə səviyyələrinin formalaşdırılması;Səriştə pasportları və kataloqlarının hazırlanmasıKaryera xəritələrinin və karyera inkişaf çərçivələrinin hazırlanması, vəzifələrarası inkişaf yollarının müəyyənləşdirilməsi;İşçi qüvvəsinin planlaşdırılması və ştat ehtiyaclarının təhlilinin aparılması, resurs optimallaşdırılması üzrə təkliflərin hazırlanması;Struktur və ştat dəyişikliklərinin təşkilati və əməliyyat təsirlərinin qiymətləndirilməsi;Vəzifələr və struktur bölmələri üzrə KPI matrislərinin hazırlanması və yenilənməsinin koordinasiya edilməsi;Təşkilati dizayn və planlama üzrə analitik hesabatların, təqdimatların və təhlillərin hazırlanması;Təşkilati transformasiya və dəyişiklik layihələrinin həyata keçirilməsində iştirak etmək. Xüsusi tələblər İnsan resurslarının idarə edilməsi, Menecment, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;Təşkilati dizayn, təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;Təşkilati struktur, ştat cədvəli, iş analizi, dərəcələndirmə sistemi və vəzifə arxitekturası üzrə praktiki təcrübə;Layihələrin idarə olunması və dəyişikliklərin idarə edilməsi üzrə biliklər üstünlük hesab olunur. Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təşkilati inkişaf şöbəsinə böyük mütəxəssis
Müraciət et