Hüquq şöbəsinin fəaliyyətini təşkil edir və rəhbərlik edir, hüquqi qanunvericiliyə uyğunluğu təmin edir.
Vakansiya haqqında
Veyseloglu Group of Companies Aparıcı Hüquqşünas vakansiyasını açıq elan edir
Vəzifə öhdəlikləri:
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
- Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
Tələblər:
- Ali hüquq təhsili;
- Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
- Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, -antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi; -İngilis, rus və / və ya türk dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
- Komandada işləmək bacarığı.
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftə içi)
- Nahar: Təmin edilir
- Rəqabətli əmək haqqı və mükafat sistemi.
- Peşəkar inkişaf imkanları və təlim proqramları.
- Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Hüquqşünas üzrə bazar adətən 1 300–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
25 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Azure Plaza-da yerləşir.
İş həftədə 5 gün, həftə içi təşkil olunur.
Əmək haqqı namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
Ali hüquq təhsili və şirkətlərdə və ya tənzimləyici orqanlarda ən azı 3 il iş təcrübəsi tələb olunur.
İngilis, rus və ya türk dillərində sənədlərlə işləmək bacarığı tələb olunur.
Namizəd mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Şirkətin hüquqi fəaliyyətini təmin edir, müqavilə hüququ və əmək qanunvericiliyini bilir.
Hüquqi sənədləri hazırlayır və müqavilələrin hüquqi ekspertizasını aparır, 3-5 il təcrübə tələb olunur.
Məktəb əməliyyatları üzrə hüquqi və uyğunluq məsələlərində məsləhət verir, 5+ il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





