Məhkəmə və icra işlərində şirkəti təmsil edir, hüquqi sənədlər hazırlayır və danışıqlar aparır.
Vakansiya haqqında
Əsas vəzifələr
- Cəmiyyətin maraqlarını dövlət, prokurorluq, hüquq-mühafizə, təhqiqat, istintaq, vergi, gömrük, daxili işlər orqanları, habelə məhkəmələr və mediasiya təşkilatlarında təmsil etmək və qanuni mənafelərini müdafiə etmək;
- Pretenziya, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, barışıq sazişi, etiraz, vəsatət, mülahizə habelə arayış, hüquqi rəy, məktub, təqdimat, yazılı müraciət, sorğu, ərizə, şikayət və digər sənədləri tərtib etmək və imzalamaq;
- İcra işlərinin təmin edilməsi məqsədi ilə icra prosesinə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün icra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək;
- Məhkəmə və icra işlərinin uçotunu, hesabatını aparmaq və bu məlumatları müvafiq olaraq yeniləmək;
- Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
- Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin icrasına nəzarət etmək və zəruri dəstəyi göstərmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət, eləcə də hüquqi dəstək göstərmək;
Tələblər
- Bölmə Meneceri və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.
- Təcrübə tələbi:3-5 il
- Təhsil:Ali təhsil-Bakalavr
- Ixtisas:Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır)
Bilik və bacarıqlar
- azərbaycan dili
- ingilis dili
- rus dili
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Hüquqşünas üzrə bazar adətən 1 300–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
25 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
STP ölkənin aparıcı və nəhəng müxtəlifyönümlü sənaye istehsalçılarını idarə edən investisiya şirkətidir. | Established in 2009, the STP Group of Companies, headquartered at the Sumgait Technology Park, is one of the most diverse and…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 3 il təcrübə tələb olunur.
Ali təhsil - bakalavr səviyyəsi tələb olunur, magistr dərəcəsi arzuolunandır.
Azərbaycan, ingilis və rus dilləri tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Müqavilələrin hazırlanması və hüquqi məsləhətlərin verilməsi üçün hüquqşünas tələb olunur.
Hüquqşünas hüquqi sənədləri hazırlayır və Azərbaycan qanunvericiliyini bilir.
Tikinti prosesində hüquqi sənədləri hazırlayır və hüquqi ekspertiza aparır, hüquq sahəsində ali təhsil tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



