Vakansiya haqqında

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

Səni hansi missiya gözləyir:

  • Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan telekommunikasiya, mülki, maliyyə, vergi, audit, gömrük, sığorta, əmək, satınalma, inzibati, təhlükəsizlik, həmçinin rəhbərliyin tapşırığı ilə digər məsələlərə dair hüquqi dəstək, yazılı və şifahi məsləhətlərin verilməsi, sorğuların cavablanması, arayışlar və rəylərin hazırlanması
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
  • Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla bütün növ müqavilələrin / onlara əlavələrin tərtib etmək, Müqavilələrin / onlara əlavələrinin hüquqşünas kimi yoxlamaq və rəy vermək
  • Səlahiyyətinə aid sahə üzrə dövlət, məhkəmə və icra orqanlarında, 3-cü şəxslər qarşısında təmsil etmək, şirkətin maraqlarının müdafisəi üçün zəruri sənədləri hazırlamaq
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək
  • Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək vermək, hüquqi əhəmiyyətli yazışmaları icra etmək
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq.

Səndən gözlədiklərimiz:

  • Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas)
  • Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1-3 il iş təcrübəsi. Telekomunikasiya və müqavilə hüququ sahəsində, həmçinin normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İnglis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstülükdür
  • Hüquqi nitq və yazışma qabiliyyəti
  • MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmaq
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmaq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
17 sentyabr 2026

Şirkət haqqında

Aztelekom MMC
Telecommunications · Baku

Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.

Aztelekom MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Sea Breeze Resort & Residences
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Korporativ və kommersiya hüququ üzrə hüquqi dəstək verir, müqavilələr hazırlayır və təhlil edir.

Contract DraftingContract NegotiationCorporate LawCommercial Law+10
Müraciət etAsan müraciətAsan müraciət
SAMT
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Hüquqi sənədlərin hazırlanması və kommersiya hüququ üzrə ən azı 2 il təcrübə tələb olunur.

Legal ResearchContract DraftingLegal Document PreparationRegulatory Compliance+5
Müraciət etAsan müraciətAsan müraciət
İdeal Kredit BOKT
Middle · 3–5 il
Maaş göstərilməyib

Korporativ hüquqşünas kimi müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi tələb olunur

TeamworkCorporate LawContract DraftingLegal Risk Assessment+6
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Hüquqşünas
Müraciət et