Vakansiya haqqında

Komandamız miqrasiya və əlaqədar hüquq sahələri üzrə bilik və təcrübəyə malik hüquqşünas axtarır.

Əsas vəzifələr:

  • Şirkətin fəaliyyətinə tam hüquqi dəstəyin göstərilməsi;
  • Müvafiq sənədlərin, müraciət və ərizələrin hazırlanması və lazımi müştərilərə, orqanlara təqdim edilməsi;
  • Azərbaycan Respublikasının qanunvericilik normalarına və şirkət daxili qaydalara uyğunluğun təmin edilməsi;
  • İcraatda olan işlərin müntəzəm yoxlanılması və düzgün formatda, vaxtında və tam hazırlanması;
  • Bütün xidmət və işlərin hüquqi uyğunluğunun monitorinqi;
  • Hüquqi risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin tövsiyə edilməsi və peşə fəaliyyətinə uyğun müvafiq işlərin görülməsi.

Tələblər:

  • Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi (L.L.M üstünlükdür)
  • Minimum 1 il real iş təcrübəsi
  • Korporativ və miqrasiya, həmçinin beynəlxalq müqavilə qanunvericiliyi üzrə biliklər;
  • Düzgün və sərbəst sənəd tərtibatı, danışıqlar və yönləndirmə bacarıqları
  • İngilis dilinin əla səviyyədə bilinməsi və tətbiqi əsas amildir, rus dili arzuolunandır.

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Nərimanov r, İ. Həsənoğlu küç 6, AZ1033.
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcəkdir.
  • İş vaxtı - həftənin 5 günü, saat 10:00-19:00

Uyğun namizədlər CV-lərini mehmanesedli@gmail.com elektron poçt ünvanına, mövzu hissəsinə HÜQUQŞÜNAS yazmaqla göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
English, Russian
Son tarix
29 avqust 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Hüquqşünas
Müraciət et