Hüquqi sənədləri hazırlayır, qanunvericiliyi izləyir və hüquqi ekspertiza aparır.
Vakansiya haqqında
ƏSAS VƏZİFƏLƏR:
- “Qiymətli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR Qanununu, bununla əlaqəli Mərkəzi Bankın qaydalarını bilmək, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək, cəmiyyətin aidiyyəti strukturlarını həmin dəyişikliklərlə tanış etmək;
- Cəmiyyətin adından hüquqi və fiziki şəxslərlə bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
- Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
- Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular hazırlamaq və göndərmək;
- Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
- Cəmiyyətin adından etibarnamələr hazırlamaq;
- Maliyyə bazarlarına nəzarət orqanı və ya başqa təşkilatlara göndərilən qanunvericiliyin tələbləri və ya başqa hüquqi məsələlərlə əlaqədar uyğunsuzluqlar barədə məktubların hazırlanmasında iştirak etmək və ya rəy vermək;
- Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə şəklində daxil olan qanun və digər hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
- Filial və nümayəndəliklərin açılması ilə bağlı tələb olunan sənədləri hazırlamaq və müvafiq dövlət orqanına təqdim etmək;
- Qiymətli kağızlarının emissiyası ilə bağlı tələb olunan işləri görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Nahar fasiləsi: 13:00–14:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Tibbi sığorta;
- Nahar şirkət tərəfindən təmin olunur.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Son tarix
11 sentyabr 2026
Şirkət haqqında
İnvestAZ İnvestisiya Şirkəti
Financial Services · Baku
20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.
İnvestAZ İnvestisiya Şirkəti — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
2 300–2 600₼
Hüquqi sənədləri hazırlayır, hüquqi ekspertiza aparır və ən azı 1 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Korporativ və kommersiya hüququ üzrə hüquqi dəstək verir, müqavilələr hazırlayır və təhlil edir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Hüquqi araşdırma aparır, hüquqi rəylər hazırlayır və korporativ hüquq üzrə təcrübəsi olmalıdır.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


