Problemli kredit ödənişləri üzrə hüquqi tədbirlər görür və Azərbaycan dilində yazılı bacarıq tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.
- Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.
- İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.
- Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.
- Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.
- Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Sürücülük vəsiqəsi;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
- İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 2000 AZN + (ƏH+bonus birlikdə)
- İş yeri: Bakı, Nərimanov rayonu.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu yerləşir.
İş qrafiki həftədə 5 gün, bazar ertəsindən cümə gününə, saat 10:00-dan 19:00-dəkdir.
Əmək haqqı 2000 manatdır, əlavə olaraq bonuslar da mövcuddur.
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Ali təhsil tələb olunur, iqtisadiyyat, maliyyə və ya hüquq sahələrində ola bilər.
CV-ni “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİcraçı üzrə Bakıda digər açıq elanlar.
Məhkəmə qərarlarının icrası və problemli kreditlərlə bağlı hüquqi tədbirlər görür, hüquqi təhsilli olmalıdır.
Şirkətin hüquqi risklərini idarə edir, müqavilələr hazırlayır və hüquqi ekspertiza aparır.
Korporativ hüquqşünas müqavilələrin hazırlanması və hüquqi təhlil üzrə 3 il təcrübə tələb edir.



