Korporativ kreditlərlə bağlı məhkəmə proseslərini idarə edir və hüquqi təcrübəyə malikdir.
Vakansiya haqqında
Birbankın Korporativ və təminatlı kreditlərin iş şöbəsinə problemli kreditlərlə bağlı məhkəmə və icra proseslərini idarə edən, bankı hüquqi instansiyalarda təmsil edən və icra orqanları ilə əlaqələri koordinasiya edərək qərarların vaxtında icrasını təmin edən namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Korporativ və təminatlı kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artıq gecikməsi olan borcalanların təqibini həyata keçirir;
- Korporativ və təminatlı kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli korporativ və təminatlı kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin edir;
- Korporativ və təminatlı kreditlərlə bağlı icra qeydi və iddia ərizələrini hazırlayır; Məhkəmə və hüquq-mühafizə orqanlarında Bankı təmsil edir, onun hüquqlarını və qanuni mənafeyini müdafiə edir; Bankı qane etməyən məhkəmə qərarları ilə bağlı apellyasiya şikayətləri verir, kassasiya şikayətlərinin verilməsini təmin edir;
- Korporativ və təminatlı kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin edir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər
- Təhsil: ali hüquq təhsili;
- Təcrübə: hüquqşünaslıq sahəsində ( əsasən bank təcrübəsi) minimum 2 illik iş təcrübəsinə malik olma;
- Komputer biliyi: Word, Excel və Internetdə işləmə bacarığı;
- Məsuliyyətlilik, detallara diqqət və iş prosesinə sistemli yanaşma.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Yerləşmə
Mərkəz filialı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Son tarix
24 sentyabr 2026
Şirkət haqqında
Birbank
Banking · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
1 400–1 500₼7 gün qalıb
Korporativ hüquq sahəsində hüquqi məsləhət verir və hüquqi sənədləri idarə edir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Brend meneceri kimi brend inkişafı və marketinq layihələrinin həyata keçirilməsində təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 500₼
Korporativ hüquqşünas müqavilələrin hazırlanması və hüquqi təhlil üzrə 3 il təcrübə tələb edir.
Müraciət etAsan müraciətAsan müraciət



