Vakansiya haqqında

Ümumi məlumat
ATM və ödəniş terminallarının stabil və fasiləsiz fəaliyyətinin təmin olunması, yaranan texniki və tranzaksiya problemlərinin təhlili və həlli, həmçinin vendorlar və daxili texniki komandalarla koordinasiyanın həyata keçirilməsi üzrə komandamıza Mütəxəssis / Aparıcı mütəxəssis axtarırıq.
Öhdəliklər
  • ATM və ödəniş terminallarının quraşdırılması, sazlanması, diaqnostikası və texniki dəstəyini həyata keçirmək;
  • ATM və terminalların monitorinqini aparmaq, yaranan texniki nasazlıqları operativ müəyyən etmək;
  • ATM/Terminal əməliyyatlarında yaranan texniki və tranzaksiya problemlərini araşdırmaq və həll etmək;
  • Log faylları, sistem jurnalları və tranzaksiya məlumatlarını təhlil etmək;
  • Hardware və software problemlərini müəyyən etmək və aradan qaldırılmasında iştirak etmək;
  • Şəbəkə, IP, TCP/IP, host bağlantısı və timeout problemləri üzrə ilkin diaqnostika aparmaq;
  • ATM/Terminal vendorları ilə texniki məsələlər üzrə kommunikasiya və koordinasiyanı həyata keçirmək;
  • Vendorlar tərəfindən təqdim olunan proqram təminatı və texniki həllərin test və tətbiqində iştirak etmək;
  • Daxili IT, processing və digər aidiyyəti komandalarla koordinasiyalı işləmək;
  • Incident və problem management proseslərində iştirak etmək;
  • Texniki sənədləşdirmə və müvafiq hesabatları hazırlamaq.
Tələblər
  • Ali təhsil;
  • ATM, ödəniş terminalları və əlaqəli sahələr üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, rus və ya ingilis dilini sərbəst səviyyədə bilmək;
  • ATM/Terminal avadanlıqlarının iş prinsipləri və texniki quruluşu üzrə biliklər;
  • Hardware və software problemlərinin diaqnostikası üzrə biliklər;
  • Windows əsaslı ATM sistemləri və periferik qurğularla işləmək bacarığı;
  • Şəbəkə, IP, TCP/IP və host bağlantıları üzrə baza bilikləri;
  • Log faylları və tranzaksiya məlumatlarını təhlil etmək bacarığı;
  • Incident və problem management prosesləri üzrə biliklər;
  • Analitik düşüncə və problem həll etmə bacarığı.
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Tibbi cihazların quraşdırılması, texniki xidməti və təmiri üzrə bilik və bacarıq tələb olunur.

Technical MaintenanceTechnical Problem SolvingTechnical DocumentationElectronics Engineering+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
ATM və ekvayrinq biznesinə dəstək mütəxəssisi
Müraciət et