Vakansiya haqqında

Təsvir

  • Bankın informasiya sistemlərinin texniki təhlükəsizliyini təmin etmək — IDS/IPS, antivirus, şifrələmə alətlərinin quraşdırılması, sazlanması və fasiləsiz istismarı;
  • İnformasiya təhlükəsizliyi üzrə texniki nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Təhlükəsizlik sistemlərindən daxil olan hadisə, xəbərdarlıq və anomaliyaları təhlil etmək, insidentlərə cavab tədbirlərinin görülməsini təmin etmək;
  • Baş vermiş təhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, nəticələrini sənədləşdirmək və aradan qaldırılması üçün aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
  • İnformasiya sistemlərinin təhlükəsizliyinin qanuni tələblərə və Bankın daxili standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya texnologiyaları və ya Kompüter elmləri üzrə);
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • EDR, XDR, SIEM kimi təhlükəsizlik sistemlərinin idarə edilməsi üzrə biliklər;
  • Anomaliya monitorinqi, insidentləri cavablandırma təcrübəsi, analitik düşüncə;
  • Orta səviyyədə ingilis və ya rus dili biliyi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyul 2026
Dillər
English, Russian
Son tarix
27 avqust 2026

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

İnformasiya təhlükəsizliyi monitorinqi və ilkin insident cavablandırma üzrə fəaliyyət göstərir, şəbəkə və əməliyyat sistemləri bilikləri tələb olunur

SIEMWindows Operating SystemPythonBash+12
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnformasiya sistemlərinin mühafizəsi şöbəsinin aparıcı mütəxəssisi
Müraciət et