Vakansiya haqqında

İnfrastrukturun idarə olunması, avtomatlaşdırma və sistemlərin etibarlılığının təmin edilməsi ilə maraqlanan bir mütəxəssissinizsə, sizi komandamıza DevOps Engineer kimi dəvət edirik.

Bu rolda infrastrukturun və CI/CD mühitlərinin etibarlılığının, miqyaslana bilməsinin və təhlükəsizliyinin təmin edilməsində iştirak edəcəksiniz. Kubernetes, avtomatlaşdırma, monitorinq və L3 production dəstəyi üzrə çalışaraq sistemlərin dayanıqlılığını təmin edəcək və proqram təminatının təhlükəsiz və fasiləsiz çatdırılmasına töhfə verəcəksiniz.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və avtomatlaşdırma yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Kompleks infrastruktur, tətbiq mühiti və deployment problemləri üzrə L3 texniki dəstək göstərmək, kök səbəb təhlili (Root Cause Analysis) aparmaq və təkrarlanmanın qarşısını alan tədbirlər həyata keçirmək.
  • GitLab CI kimi alətlərdən istifadə etməklə təhlükəsiz, etibarlı və səmərəli proqram təminatı çatdırılmasını təmin edən CI/CD pipeline-larını qurmaq, idarə etmək və davamlı təkmilləşdirmək.
  • Kubernetes və digər paylanmış mühitləri idarə etmək və sazlamaq, sistemlərin əlçatanlığını, miqyaslana bilməsini və performansını artırmaq.
  • Infrastructure as Code (IaC) və skriptlərdən istifadə etməklə infrastrukturun yaradılması, konfiqurasiyanın idarə edilməsi və rutin əməliyyat proseslərini avtomatlaşdırmaq.
  • Xidmətlərin etibarlılığını təmin etmək və problemləri vaxtında aşkarlamaq üçün monitorinq, logging, tracing və alerting sistemlərini qurmaq və təkmilləşdirmək.
  • Secrets management, access control, configuration management və service discovery üzrə təhlükəsiz yanaşmaları tətbiq etmək və dəstəkləmək.
  • Deployment, rollback və recovery proseslərini təkmilləşdirərək dəyişikliklərdən yaranan riskləri və xidmətlərdə fasilələri minimuma endirmək.
  • Təhlükəsizlik və keyfiyyət yoxlamalarını proqram təminatının çatdırılma prosesinə inteqrasiya etmək və development və security komandaları ilə əməkdaşlıq etmək.
  • Development və platform komandaları ilə əməkdaşlıq edərək sistemlərin production mühitinə hazırlığını qiymətləndirmək, dayanıqlılıq və disaster recovery prosedurlarını yoxlamaq.
  • Texniki sənədləri və runbook-ları hazırlamaq və aktual saxlamaq, bilikləri komanda ilə bölüşmək və mühəndislərin texniki bacarıqlarının inkişafına dəstək olmaq.

Tələblər

  • DevOps mühəndisliyi və production dəstəyi sahəsində 3+ il iş təcrübəsi. Linux administrasiyası, şəbəkə və problemlərin aradan qaldırılması üzrə yüksək səviyyədə bilik;
  • Kubernetes, Docker, GitLab CI və Argo CD ilə praktiki iş təcrübəsi. Bash və ya Python skriptləşdirmə üzrə yaxşı bilik;
  • GitOps, təhlükəsiz proqram təminatının çatdırılması və secrets management üzrə anlayış;
  • Yüksək əlçatanlıq (High Availability), fəlakətdən bərpa (Disaster Recovery), tutumun planlaşdırılması (Capacity Planning) və DevOps praktikaları üzrə bilik;
  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq və detallara diqqət;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Aydın kommunikasiya və komandalararası effektiv əməkdaşlıq;
  • Riskləri müəyyənləşdirmək və prosesləri təkmilləşdirmək üçün proaktiv yanaşma;
  • Güclü prioritetləşdirmə bacarığı və detallara diqqət.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Son tarix
6 noyabr 2026
Baxış
266

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. DevOps mühəndisi üzrə bazar adətən 1 200–2 000 ₼ ödəyir, median — 1 250 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

DevOps mühəndisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

DevOps mühəndisliyi və production dəstəyi sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

DevOps mühəndisi üzrə Bakıda digər açıq elanlar.

eiGroup
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

DevOps mühəndisi kimi CI/CD, Kubernetes və Azure infrastrukturu idarə edir, 3+ il təcrübə tələb olunur.

CI/CDGitLab CIKubernetesHelm+4
Müraciət et
Birbank
Middle · 2+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

DevOps mühəndisi kimi infrastrukturun etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün bacarıqlar tələb olunur.

NetworkingKubernetesDockerGitLab CI+12
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
DevOps engineer
Müraciət et