Vakansiya haqqında

Əsas öhdəliklər:

  • Kubernetes klasterlərini (on-prem, bare-metal və ya cloud) layihələndirmək, yerləşdirmək və idarə etmək.
  • Kubernetes infrastrukturunu və onun komponentlərini idarə etmək və optimallaşdırmaq, çox istifadəçili mühitdə maksimum əlçatanlığı, miqyaslılığı və məhsuldarlığı təmin etmək.
  • Müştərilərin Kubernetes infrastrukturunun məhsuldarlıq gözləntilərinə cavab verməsini təmin etmək, problemləri səmərəli şəkildə həll etmək və müştərinin biznes məqsədlərinə uyğun həllər təqdim etmək üçün müştərilərlə aktiv şəkildə əlaqə saxlamaq.
  • Prometheus, Grafana, ELK/EFK, Loki, Velero və digər açıq mənbə alətlərdən istifadə edərək monitorinq, loqlama, ehtiyat nüsxələmə və xəbərdarlıq sistemlərini tətbiq etmək və idarə etmək.
  • Avtomatlaşdırma, məhsuldarlıq və müştəri məmnuniyyətinə diqqət yetirməklə bulud əməliyyatlarında, infrastrukturda və proseslərdə davamlı təkmilləşdirmələr aparmaq üçün çoxfunksiyalı qruplarla əməkdaşlıq etmək.
  • Sistemin məhsuldarlığı, insidentlər və yeniləmələr haqqında aydın, müfəssəl hesabatlar təqdim etmək üçün daxili qruplarla və müştərilərlə sıx əməkdaşlıq etmək. Əməliyyatın səmərəliliyini və layihənin gedişatını qiymətləndirmək üçün rəhbərliklə müntəzəm görüşlərdə iştirak etmək.
  • Klaster və iş yükünün (workload) təhlükəsizliyini (RBAC, Pod Security Standards, Network Policies, Istio/Service Mesh) təmin etmək.
  • İdarəetmə qatına (control plane) və verilənlər qatına (data plane) təsir edən klaster və şəbəkə səviyyəli problemləri aradan qaldırmaq.
  • Kubernetes arxitektirasının dizaynına, optimallaşdırılmasına və miqyaslaşdırılmasına töhfə vermək, həm daxili, həm də müştəri yönümlü bulud mühitlərində qüsursuz əlaqə və yüksək məhsuldarlığı təmin etmək.
  • Çoxsaylı platformalarda və mühitlərdə müştəri məlumatları üçün səmərəli şəkildə məlumatların toplanmasını, məhsuldarlığı və nasazlığın aradan qaldırılmasını təmin etməklə həm yerli, həm də bulud əsaslı Kubernetes həllərini idarə etmək.
  • Virtuallaşdırılmış mühitlərdə səmərəli resurs bölgüsünü, nasazlığa dözümlülüyü və müştərinin iş yükünün idarə edilməsini təmin etməklə VMware, Hyper-V və RHEV kimi virtuallaşdırma platformalarına nəzarət etmək.
  • Terraform, Ansible və ya Helm vasitəsilə infrastrukturun təmin edilməsi, idarə edilməsi üçün avtomatlaşdırılmış prosesləri işləyib hazırlamaq və həyata keçirmək və mexaniki müdaxiləni miqyaslaşdırmaq, azaltmaq və bulud xidmətlərinin səmərəliliyini artırmaq.
  • Müştərilərin iş yükləri üçün yüksək əlçatanlığı, təhlükəsizliyi və optimal məhsuldarlığı təmin etməklə həm Windows, həm də Linux əsaslı bulud sistemləri üçün idarəetməni və dəstəyi təmin etmək
  • Bulud infrastrukturunun və tətbiqlərin fasiləsiz işləməsini təmin etməklə Lokal proqram təminatı ilə bağlı problemləri aradan qaldırmaq və həll etmək, və müştərilərə proqram təminatı səviyyəsində dəstək göstərmək.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Texniki sahədə Ali təhsil.
  • Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar

  • IT üzrə sertifikat və dərin peşə bilikləri: VMware (VCP, VCDX); Microsoft (MCSA, MCP); RedHat (RHCA, RHCE); Kubernetes - CKA, CKAD.
  • Mürəkkəb mühitin idarə olunması üzrə 5 ildən yuxarı təcrübə;
  • Dəyişiklik və Buraxılışın İdarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə;
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, məlumatların saxlanması, təhlükəsizlik texnologiyaları və verilənlər bazası üzrə təcrübə;
  • Mövcud olan və yeni yaranan İT texnologiyaları barədə dərin bilik;
  • MetalLB, HAProxy, və ya NGINX Ingress bare-metal Kubernetes bilgisi;
  • Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə təcrübə;
  • Firewall-lar, router-lər, switch-lər, DNS, DHCP, VPN-lər, FTP, İnternet protokolları və xidmətləri və data kommunikasiya məhsulları haqqında bilgi;
  • Yüksək əlçatanlıq və ehtiyat;
  • Datacenter mühiti haqqında bilgi.

Kompüter Bilikləri

  • "Microsoft Office" proqramları və alətləri üzrə biliklər;
  • Proqramlaşdırma dilləri ("Python" və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür;
  • Məlumat Mərkəzəri mühiti və "Tier" standartları üzrə biliklər.

Dil bilikləri:

  • Azərbaycan dili - Ana dili
  • İngilis dili - Yaxşı
  • Rus dili – Yaxşı

Digər bacarıqlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Əməliyyat keyfiyyətini dəstəkləmək;
  • Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
8 noyabr 2026
Baxış
43

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. DevOps mühəndisi üzrə bazar adətən 1 200–2 000 ₼ ödəyir, median — 1 250 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

21 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

DevOps mühəndisi kimi öz maaşını yoxla

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Minimum 5 il təcrübə tələb olunur.

VMware (VCP, VCDX), Microsoft (MCSA, MCP), RedHat (RHCA, RHCE), Kubernetes (CKA, CKAD) sertifikatları üstünlükdür.

Kubernetes, Prometheus, Grafana, ELK/EFK, Loki, Velero, Terraform, Ansible, Helm və s. istifadə olunur.

Python proqramlaşdırma dili üzrə təcrübə üstünlükdür.

Azərbaycan dili ana dili, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

DevOps mühəndisi üzrə Bakıda digər açıq elanlar.

PASHA Technology
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Kubernetes klasterlərini idarə edir və avtomatlaşdırma bacarıqları ilə bulud infrastrukturunu optimallaşdırır.

KubernetesPrometheusGrafanaELK Stack+28
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
DevOps mühəndisi
Müraciət et