Vakansiya haqqında
Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ-dən vakansiya: Helpdesk tələb olunur
Vəzifə öhdəlikləri:
- NTİS və tibbi informasiya sistemləri üzrə gündəlik işlərin icrasında iştirak etmək;
- Sistemdə istifadəçilərə texniki və funksional dəstək göstərmək;
- Tibbi proseslərin informasiya sistemində düzgün əks olunmasını təmin etmək;
- İstifadəçilərdən daxil olan müraciət və problemləri operativ şəkildə həll etmək;
- Sistemlə bağlı yaranan texniki və funksional çətinlikləri aidiyyəti üzrə yönləndirmək;
- Məlumatların sistemə düzgün daxil edilməsinə və istifadəsinə nəzarət etmək.
Namizədlərə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi
- Cins: Bəy və Xanım namizədlər
- Yaş həddi: 20–45 arası namizədlər
- Kompüter və informasiya texnologiyaları sahəsində yaxşı anlayış;
- Microsoft Office proqramlarından (Word, Excel və s.) istifadə bacarığı;
- Xəstəxana və tibbi informasiya sistemləri haqqında minimum bilik;
- Ambulator, stasionar, qəbul, çıxış və digər əsas tibbi proseslər barədə məlumatlı olmaq;
- Komandada işləmək bacarığı;
- Gərgin və intensiv iş rejimində işləmək bacarığı;
- Operativ, məsuliyyətli və diqqətli olmaq;
- Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
- İş yeri: Bakı şəhəri, akademik M. Mirqasımov küçəsi 1A
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 530 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərin suallarını cavablandırmaq və problemlərini operativ həll etmək.
Debitor borclarının idarə olunmasını həyata keçirir və mühasibatlıq bilikləri tələb olunur
Müştərilərə proqram təminatı üzrə texniki dəstək verir və müştəri xidmətlərini təmin edir.




