İstifadəçilərə texniki dəstək göstərir və Windows Server üzrə ilkin bilik tələb olunur.
Vakansiya haqqında
Sumqayıt şəhərində yerləşən qurumumuzda İT əməkdaşı (Help Desk) vakansiyası mövcuddur.
İT - Help Desk
Vəzifə öhdəlikləri
- İnformasiya sistemlərinin və ehtiyatlarının, rabitə sistemlərinin və daxili şəbəkənin fəaliyyətinin fasiləsizliyi, təhlükəsizliyi və mühafizəsi ilə bağlı zəruri işləri yerinə yetirir;
- İstifadəçi sorğularının idarəedilməsi sistemində qeydiyyatı və təsnifləşdirilməsini təmin etmək;
- Avadanlıq və proqram təminatında nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- İş stansiyalarında əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanmasını təmin etmək;
- İstifadəçilərə birinci səviyyəli texniki dəstəyin göstərilməsi və mürəkkəb problemlərin növbəti səviyyəli dəstəyə eskalasiya olunmasını təmin etmək;
- Videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
- Yeni işçi yerlərinin qurulmasında iştirak etmək (şəbəkə kabellərinin çəkilməsi, avadanlıqların quraşdırılması və sazlanması);
- Kabel kanallarında və kommutasiya şkaflarında kabelləşmənin səliqəli və standartlara uyğun olmasını təmin etmək;
- İT aktivlərinin uçotu və idarə edilməsi təşkil etmək, İT aktivlərinin idarəetmə sistemində avadanlıq və proqram təminatı haqqında məlumatların aktuallığının təmin olunması.
Tələb edilən bilik, bacarıq və təcrübə
- Ali təhsil;
- Sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Əməliyyat sistemləri (Windows 10, 11) bilikləri (yüksək səviyyədə);
- Windows Server (Active Directory, DNS, DHCP, WSUS və Group Policy) kimi servislərin idarəolunması sahəsində biliklər (Orta səviyyədə);
- TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;
- Ticketing sistemləri (Servicedesk Plus, JIRA və s.) ilə işləmək təcrübəsi.
- Videomüşahidə sistemləri ilə bağlı biliklər (yüksək səviyyədə);
- Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı, Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı, Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;
- İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır.
İş şəraiti:
- 5 günlük iş qrafiki.
- Təklif olunan əmək haqqı: 800-900 AZN (net)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına e-mailin mövzu hissəsində “İT - Help Desk” yazaraq göndərmələri xahiş olunur.
Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Sumqayıt
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–900 ₼
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
English
Son tarix
25 sentyabr 2026
Şirkət haqqında
İnnovasiyalar Mərkəzi
Sumqayıt
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İT helpdesk dəstəyi göstərir, Windows və Microsoft 365 bilikləri ilə 1-2 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Daxili istifadəçilərin texniki problemlərini həll edir və şəbəkə avadanlıqlarını konfiqurasiya edir.
Maaş göstərilməyib
İT infrastrukturunun texniki dəstəyi və problemlərin həlli üçün ən azı 1 il təcrübə tələb olunur




