İKT avadanlıqların proqram təminatı üzrə texniki xidmət göstərir və ən azı 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi;
- Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi;
- Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi;
- Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi;
- İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi;
- İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli;
- Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli;
- Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi;
- Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas təhsili;
- Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
- Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür).
- Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır;
- Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
- Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
- TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
- LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: West Town kampusu;
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İT texniki dəstək üzrə mütəxəssis üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 900 ₼.
15 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İT texniki dəstək üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri West Town kampusundadır.
İş qrafiki həftədə 5 gün, 8:00-17:00 və ya 09:00-18:00 saatları arasındadır.
Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması və problemlərinin həlli bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT texniki dəstək üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İT infrastrukturunu idarə edir, istifadəçilərə texniki dəstək göstərir və şəbəkə avadanlıqlarını sazlayır.
Kompüter və ofis avadanlıqlarına ilkin texniki dəstək göstərir, istifadəçi sorğularını həll edir.
İT infrastrukturunda istifadəçi dəstəyi göstərir, Windows və şəbəkə biliklərinə malikdir.

