Təhlükəsizlik əməliyyatları mərkəzini idarə edir və kibertəhlükəsizlik sahəsində 7 il təcrübə tələb edir
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Fəaliyyətdə olan və yeni aşkarlanmış APT qruplarının gündəlik monitorinqini və təhlilini həyata keçirmək;
- APT hücumlarında istifadə olunan TTP-ləri (Tactics, Techniques & Procedures) müəyyənləşdirmək və MITRE ATT&CK çərçivəsində təsnifləndirmək;
- APT qrupları ilə əlaqəli IOC-ləri (IP ünvanları, domainlər, fayl hash-ləri və s.) toplamaq, əlaqələndirmək, təhlil etmək və sənədləşdirmək;
- Təhlil edilən APT qrupları və onların fəaliyyətləri üzrə həftəlik və hadisə əsaslı Threat Intelligence hesabatları hazırlamaq;
- Müxtəlif açıq və etibarlı məlumat mənbələrindən əldə olunan xəbərləri və kəşfiyyat məlumatlarını təhlil edib sintezləşdirmək və daxili istifadə üçün uyğun strukturlaşdırılmış formata salmaq;
- APT qruplarının fəaliyyətində baş verən dəyişiklikləri, yeni TTP və IOC-ləri müəyyənləşdirmək və müvafiq tərəfləri məlumatlandırmaq.
Tələblər:
- İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;
- MITRE ATT&CK çərçivəsinin əsas prinsipləri və TTP (Tactics, Techniques & Procedures) anlayışı üzrə bilik;
- VirusTotal, Hybrid Analysis, ANY.RUN və digər malware/sandbox analiz alətləri ilə işləmə təcrübə;
- Threat Intelligence feed-ləri, o cümlədən APT qrupları (APT28, APT31 və s.) və onların fəaliyyət göstəriciləri (IOC) haqqında məlumatlılıq;
- IP ünvanı, domain, hash və e-mail kimi IOC-lərin təhlili, təsnifləşdirilməsi və sənədləşdirilməsi bacarığı;
- OpenCTI və ya MISP kimi Cyber Threat Intelligence (CTI) platformalarının əsas funksionallıqları ilə işləmə bacarığı;
- Scripting və avtomatlaşdırma məqsədilə proqramlaşdırma bilikləri (məsələn, Python, PowerShell və ya digər uyğun dillər).
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
Milli Kibertəhlükəsizlik Agentliyi
Computer and Network Security · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib5 gün qalıb
Maaş göstərilməyib
Kiber hadisələrə cavab verən mütəxəssis kimi SOC və rəqəmsal forensika təcrübəsi tələb olunur.
Maaş göstərilməyib
İT helpdesk dəstəyi göstərir, Windows və Microsoft 365 bilikləri ilə 1-2 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İnformasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirir və idarə edir, güclü təhlükəsizlik bilikləri tələb olunur.




