İnformasiya təhlükəsizliyi strategiyasını hazırlayır və risklərin idarə edilməsində təcrübəyə malikdir.
Vakansiya haqqında
Təsvir
- İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması, standartlara uyğunluğunun təmin edilməsi prosesində iştirak;
- ISO 27001, SANS CIS CSC və NIST və Agentlikdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan informasiya təhlükəsizliyi risklərinin təhlil edilməsi;
- İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq, kiber idarəetmə və risklərin idarə edilməsinə nəzarət edilməsi;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün kontrolların və proseslərin dövri olaraq nəzərdən keçirilməsinin planlaşdırılması və nəzarət edilməsi;
- İT və informasiya təhlükəsizliyi ilə bağlı Agentliyin risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun və fərdi məlumatların mühafizəsi fəaliyyətlərinin dəstəklənməsi, lazımi siyasətlərin və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
- İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üçün lazımi tapşırıqların planlaşdırılması və nəzarət edilməsi;
- Təklif olunan yeni texnoloji həllər və proseslərin Agentliyin təhlükəsizlik siyasətinə və müvafiq qaydalara uyğunluğunun təmin edilməsi, bu tələblərə qarşı boşluqların təhlilinin aparılması və sənədləşdirilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramı üçün strategiya, məqsəd və hədəflərin hazırlanması;
- Agentliyin informasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin ("maturity level") müəyyənləşdirilib inkişaf etdirilməsi;
- Tələb olunan və ya tapşırılan hər hansı digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- İT və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 4-5 il iş təcrübəsi;
- CISSP, CRISC, CISA, CISM, CGRC və ya ekvivalent sertifikatın olması.
- Risklərin qiymətləndirilməsi və İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
- Azərbaycan və ingilis dillərində fikri anlamaq və səlis ifadə etmək bacarığı, rus dili azruolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Komanda işinin qurulması və maraqlı tərəflər ilə kommunikasiyanın qurulması bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
4–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
7 sentyabr 2026
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Baku
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
İT və kiber riskləri idarə edir, dərin risk qiymətləndirmə və nəzarət biliklərinə malikdir.
Maaş göstərilməyib
Şirkətin IT sistemlərinin auditini aparır, IT audit və risk sahəsində 3-5 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib2 gün qalıb



