Vakansiya haqqında

  • İnformasiya təhlükəsizliyi monitorinq sistemlərinin (SIEM, XDR, DLP, FIM, PAM və s.) sazlanması, optimallaşdırılması və effektiv fəaliyyətinə nəzarət edir;
  • Təhlükəsizlik insidentlərinin dərin təhlilini aparır, səbəblərini müəyyən edir və L1 səviyyəsindən eskalasiya olunmuş insidentləri idarə edir;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavablandırma tədbirlərini koordinasiya edir və texniki həllərin tətbiqini həyata keçirir;
  • Təhlükəsizlik hadisələri üzrə korelyasiya qaydalarının, use-case və alert mexanizmlərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin loqlarının toplanması, saxlanılması və təhlilinin düzgünlüyünü təmin edir;
  • Aşkarlanmış zəifliklər və risklər üzrə texniki tövsiyələr verir, korreksiyaedici tədbirlərin icrasına nəzarət edir;
  • İnformasiya təhlükəsizliyi infrastrukturunda yaranan nasazlıqların aradan qaldırılmasını təmin edir;
  • Təhlükəsizlik insidentləri üzrə ətraflı texniki hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • Fövqəladə hallar zamanı informasiya təhlükəsizliyi sistemlərinin davamlılığının təmin edilməsində iştirak edir;
  • İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və texniki standartların tətbiqinə dəstək verir;
  • L1 mütəxəssislərə texniki dəstək göstərir və onların fəaliyyətinə metodoloji rəhbərlik edir;
  • Sektorun fəaliyyətinə uyğun layihələrdə və tapşırıqlarda iştirak edir;
  • Sektor rəhbərinin və şöbə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.
  • İnformasiya təhlükəsizliyi şöbəsinin fəaliyyətinə uyğun layihələrin hazırlanmasında yaxından iştirak edir;
  • İnformasiya təhlükəsizliyi şöbəsinin rəisinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

Xüsusi tələblər

  • İnformasiya texnologiyaları / informasiya təhlükəsizliyi, kompüter elmləri, riyaziyyat və ya əlaqədar sahə üzrə ali təhsil;
  • İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, sistem/şəbəkə təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə ən azı 1 il iş təcrübəsi;
  • Şəbəkə texnologiyalarının əsasları üzrə biliklər;
  • Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi həlləri ilə işləmək bacarıqları (e-mail/Web Security, PAM, SIEM, XDR, FIM, DLP və s.);
  • ISO/IEC 27001 və ya NIST CSF beynəlxalq standartları və təhlükəsizlik siyasətləri barədə məlumatlılıq;
  • Skript dillərində (Python, PowerShell və ya Bash) proqramlaşdırma bacarıqları (arzu olunandır);
  • Texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq, intensiv iş rejimində işləmək və komandada fəaliyyət göstərmək bacarığı.
Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

İnformasiya təhlükəsizliyi monitorinqi və ilkin insident cavablandırma üzrə fəaliyyət göstərir, şəbəkə və əməliyyat sistemləri bilikləri tələb olunur

SIEMWindows Operating SystemPythonBash+12
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SOC L2 analitik
Müraciət et