Vakansiya haqqında
Vəzifə funksiyaları
Bank üzrə informasiya təhlükəsizliyi idarəetmə sisteminin (ISMS) inkişafında iştirak etmək;- İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları, standartları və təlimatlarını hazırlamaq və yeniləmək;
- İnformasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirmək;
- Risk reyestrinin (Risk Register) idarə olunması və risklərin mitigasiya planlarının izlənilməsi;
- Daxili və xarici auditlər zamanı tələb olunan sənədlərin hazırlanması və audit proseslərinin koordinasiyası;
- Mərkəzi Bankın, beynəlxalq standartların və daxili normativ sənədlərin tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
- PCI DSS, SWIFT CSP, ISO 27001 və digər uyğunluq proqramlarının idarə edilməsində iştirak etmək;
- Təchizatçı və üçüncü tərəf risk qiymətləndirmələrinin aparılması;
- İnformasiya aktivlərinin inventarlaşdırılması və klassifikasiyası proseslərinə nəzarət;
- İT və biznes bölmələri ilə birgə təhlükəsizlik tələblərinin tətbiqinə nəzarət;
- Rəhbərlik üçün risk və uyğunluq hesabatlarının hazırlanması;
- İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə fəaliyyətlərində iştirak etmək.
Yumşaq bacarıqlar
Digər şərtlər
Təhsil- İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil.
İş təcrübəsi
- İnformasiya Təhlükəsizliyi və ya GRC sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Bank, maliyyə və ya yüksək tənzimlənən sektorda iş təcrübəsi üstünlükdür;
- Audit və uyğunluq layihələrində iştirak təcrübəsi.
Texniki biliklər
Namizəd aşağıdakı sahələrin əksəriyyətini bilməlidir:
- ISO 27001 və ISMS;
- NIST CSF və NIST 800 seriyası;
- PCI DSS;
- SWIFT CSP;
- Risk Management Framework-lər;
- Vendor Risk Management;
- Information Classification;
- Access Management və Segregation of Duties (SoD);
- Secure SDLC və Threat Modeling üzrə baza biliklər;
- Vulnerability Management prosesləri;
- Business Continuity və Disaster Recovery prinsipləri;
- Mərkəzi Bankın informasiya təhlükəsizliyi üzrə normativ tələbləri.
Sertifikatlar (üstünlükdür)
- CISA
- CRISC
- ISO 27001 Lead Implementer
- ISO 27001 Lead Auditor
- PCI Professional
Şəxsi keyfiyyətlər
- Analitik düşünmə qabiliyyəti;
- Risk əsaslı yanaşma;
- Güclü sənədləşdirmə bacarığı;
- Audit və sorğular zamanı effektiv ünsiyyət;
- Rəhbərlik qarşısında təqdimat etmə bacarığı;
- Müstəqil qərarvermə və təşəbbüskarlıq.
Dil biliyi
- Azərbaycan - Orta
- Rus - Yüksək
- İngilis - Yüksək
Kompüter biliyi
- Windows OS - Yüksək
- Linux OS - Orta
- Network basics - Orta
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
31 avqust 2026
Şirkət haqqında
Bank of Baku
Banking & Financial Services · 1,001-5,000 · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç