Kibertəhlükəsizlik inzibatçısı kimi sistem və şəbəkə təhlükəsizliyini təmin etmək üçün 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil (İT, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə);
- İnformasiya təhlükəsizliyi və ya İT sahəsində ən azı 3 il iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin qiymətləndirilməsi, Risk Register, uyğunluq və istisnaların idarə edilməsi prinsiplərini bilmək;
- Azərbaycan Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələblərini, CIS Controls və COBIT-i bilmək, ISMS/İTİS prinsiplərini anlamaq;
- Daxili və xarici auditlərin müşayiəti, evidence-lərin hazırlanması və remediation tədbirlərinin izlənilməsi üzrə təcrübə;
- IAM, SoD, Least Privilege, Incident və Vulnerability Management, fərdi və konfidensial məlumatların qorunması prinsiplərini anlamaq;
- SIEM və DLP ilə praktiki iş bacarığı, həmçinin EDR/Endpoint Security, Active Directory, Firewall/VPN və Network Security üzrə anlayış;
- Yeni sistem, layihə və inteqrasiyaları informasiya təhlükəsizliyi baxımından qiymətləndirmək və riskləri müəyyən etmək bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi arzuolunandır;
- Yüksək analitik və kommunikativ bacarıqlar, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, reyestr və digər daxili sənədlərin hazırlanması və aktuallaşdırılmasında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi risklərini müəyyən etmək və qiymətləndirmək, Risk Register-i aparmaq və risklərin emalı tədbirlərini izləmək;
- Azərbaycan Mərkəzi Bankının tələbləri, CIS Controls, COBIT və digər tətbiq olunan tələblər üzrə uyğunluq və ISMS/İTİS proseslərində iştirak etmək;
- Daxili və xarici auditləri müşayiət etmək, evidence-ləri hazırlamaq və remediation tədbirlərinin icrasını izləmək;
- SIEM və DLP hadisələrini monitorinq və təhlil etmək, təhlükəsizlik insidentlərini araşdırmaq və zəruri hallarda eskalasiya etmək;
- IAM, SoD və Least Privilege prinsiplərinə uyğun olaraq giriş hüquqlarının idarə edilməsinə nəzarət etmək;
- Zəifliklərin idarə edilməsi və fərdi/konfidensial məlumatların qorunması proseslərində iştirak etmək;
- Yeni sistem, layihə, inteqrasiya və üçüncü tərəfləri informasiya təhlükəsizliyi baxımından qiymətləndirmək;
- Security Awareness tədbirlərində iştirak etmək və informasiya təhlükəsizliyi üzrə rəhbərliyə hesabatlar hazırlamaq;
- IT, Legal, HR, Risk, biznes bölmələri, auditorlar və təchizatçılarla informasiya təhlükəsizliyi məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərmək.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30–17:30;
- İş yeri: Port Baku Tower 2;
- Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2619&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 650–1 300 ₼ ödəyir, median — 1 000 ₼.
23 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Port Baku Tower 2-də yerləşir.
İş qrafiki tam iş günü, həftədə 5 gün, saat 08:30–17:30-dur.
Ali təhsil (İT, kibertəhlükəsizlik və ya əlaqəli sahədə) və ən azı 3 il iş təcrübəsi tələb olunur.
CV-ni mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs” yazaraq göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAzərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
İşəgötürən nahar təmin edir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İnformasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirir və idarə edir, güclü təhlükəsizlik bilikləri tələb olunur.
İnformasiya təhlükəsizliyini təmin edir, ISO 27001 və risk idarəetməsində təcrübə tələb olunur.
İnfrastruktur təhlükəsizliyini təmin edir və şəbəkə təhlükəsizliyi üzrə praktiki bilik tələb edir.




