Veb, mobil və şəbəkə mühitlərində penetrasiya testləri aparır, təhlükəsizlik bilikləri tələb olunur.
Vakansiya haqqında
- Şəbəkə infrastrukturu, serverlər və veb/mobil tətbiqlər üzrə mütəmadi penetrasiya testlərini planlaşdırmaq və həyata keçirmək;
- Şəbəkə, server və proqram təminatlarında zəiflikləri müəyyən etmək məqsədilə vulnerability scanning alətlərindən istifadə etmək;
- Android, iOS və veb tətbiqlərinin mənbə kodlarında təhlükəsizlik qüsurlarını SAST/DAST metodologiyaları əsasında aşkar etmək;
- Aşkar edilmiş təhlükəsizlik boşluqları üzrə texniki və icraedici heyət üçün aydın və strukturlaşdırılmış hesabatlar hazırlamaq;
- Müəyyən edilmiş zəifliklərin aradan qaldırılması prosesini İT komandası ilə birgə koordinasiya etmək və zəruri texniki dəstəyi göstərmək;
- Yeni hücum vektorları, sıfır-gün zəiflikləri (zero-day) və aktual kibertəhdidlər üzrə mütəmadi araşdırmalar aparmaq;
- Korporativ təhlükəsizlik siyasəti və prosedurlarının hazırlanmasına töhfə vermək;
- Red Team/Blue Team məşqlərinin təşkilində iştirak etmək.
- Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya digər əlaqəli texniki ixtisaslar üzrə);
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür;
- Bank sektorunda müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
- Penetrasiya testləri sahəsində minimum 2 il iş təcrübəsi;
- Metasploit, Burp Suite, Nmap, Nessus/OpenVAS, Wireshark və OWASP ZAP alətləri ilə peşəkar səviyyədə işləmək bacarığı;
- OWASP Top 10, PTES, OSSTMM və MITRE ATT&CK metodologiyalarını praktiki olaraq tətbiq etmək bacarığı;
- Android və iOS tətbiqlərinin statik və dinamik analizini aparmaq bacarığı (jadx, apktool, Frida, objection və s.);
- Linux/Unix mühitlərində sərbəst işləmək, Bash, Python və ya PowerShell ilə skript yazmaq bacarığı;
- TCP/IP, DNS, HTTP/S, SSL/TLS və Active Directory protokolları üzrə dərin biliklər;
- CTF-lərdə və “Bug bounty” proqramlarında iştirak təcrübəsi üstünlükdür;
- CEH, OSCP, eCPPTv3, CPTS, CWES, CompTIA PenTest+, GPEN və ya ekvivalent sertifikatların mövcudluğu üstünlükdür;
- Detallara qarşı diqqətli olmaq, məsuliyyətli yanaşma;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Son tarix
October 1, 2026
Paylaşılıb
sentyabr 1, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr
Kateqoriya
Elm, Texnologiya və Mühəndislik
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Baku Ekonomic Zone, Bakıda yerləşir.
Penetrasiya testləri sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.
Müraciət üçün son tarix 1 oktyabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPenetrasiya testçisi üzrə Bakıda digər açıq elanlar.
İnformasiya təhlükəsizliyi sahəsində praktiki təcrübə qazanmaq və penetration testing biliklərinə malik olmaq.
Daxili və xarici infrastrukturun penetrasiya testlərini aparır, ən azı 3 il təcrübəsi tələb olunur.
Veb və mobil tətbiqlərdə təhlükəsizlik zəifliklərini aşkar etmək və sınaqdan keçirmək bacarığı tələb olunur.




