Vakansiya haqqında
ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət
göstərir. Şirkət qiymətli kağızlarla öz hesabına və adına əməliyyatlar etməklə yanaşı müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarında vasitəçilik (brokerage), qiymətli kağızların anderraytinqi, investisiya portfelinin idarə edilməsi və investisiya məsləhətlərinin təqdim edilməsi, marja ticarəti və digər əsas və yardımçı investisiya xidmətləri göstərir.
- Ünvan
- Cəfər Cabbarlı küçəsi 609, Globus Center, 8-ci mərtəbə.
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
- Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Proqram təminatı, sistem və şəbəkələrin təhlükəsizlik baxımından yoxlanılmasını həyata keçirmək;
- Proqram kodunun təhlükəsizlik analizini aparmaq;
- Müəyyən edilmiş uyğunsuzluqlar və tövsiyyələr barədə hesabatların verilməsi;
- Aşkar edilmiş boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq;
- Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə sıx əməkdaşlıq etmək;
- Vulnerability Management (Boşluqların İdarə Edilməsi) prosesində iştirak etmək və prosesin icrasına dəstək vermək.
Tələblər:
- Ali təhsil (Kompüter elmləri, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli ixtisaslar üzrə təhsil arzuolunandır);
- Kibertəhlükəsizlik sahəsində minimum 5 il real iş təcrübəsi;
- Web, Mobile və DevSecOps texnologiyalarına dair biliklər;
- OWASP Top-10 boşluqlar üzrə praktik təcrübə;
- Web və İnfrastruktur pentest üzrə biliklər;
- Əməliyyat sistemləri və şəbəkə üzrə biliklər;
- Scripting bacarıqları (bash, powershell, python və s.);
- Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Hesabatlarının hazırlanması ilə bağlı təcrübə;
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
- Məsuliyyət, dəqiqlik, fəallıq və komandada işləmə bacarığı.
Şirkət haqqında
Müasir, Sürətli, İnnovativ | ABB Invest is one of the biggest Investment Companies in Azerbaijani Capital Market. Our Company provides full range of investment services to retail and corporate clients.
ABB Invest — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi üzrə təcrübəli vergi məsləhətçisi.
Daxili nəzarət şöbəsinin fəaliyyətini idarə edir və daxili nəzarət sistemini təkmilləşdirməyi bacarır.
Kibertəhlükəsizlik inzibatçısı kimi sistem və şəbəkə təhlükəsizliyini təmin etmək üçün 2 il təcrübə tələb olunur




