Şəbəkələrin idarə olunması və konfiqurasiyası ilə məşğuldur, şəbəkə avadanlıqları üzrə 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Korporativ şəbəkə infrastrukturunun (Firewall, IPS, Switch, Router və s.) fasiləsiz, təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi;
- Şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və istismarının həyata keçirilməsi;
- Şəbəkə avadanlıqlarında yaranan nasazlıqların diaqnostikası, təhlili və operativ şəkildə aradan qaldırılması (troubleshooting);
- Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik risklərinin aşkarlanması və onların aradan qaldırılması üzrə texniki həllərin hazırlanması və tətbiqi;
- Firewall, VPN, IPS və digər təhlükəsizlik həllərinin idarə olunması və dəstəklənməsi;
- Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələrinin (backup) yaradılması, bərpası və dəyişikliklərin idarə olunması;
- Şəbəkə resurslarına giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və idarə edilməsi;
- VPN tunellərinin qurulması, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;
- Bulud infrastrukturu ilə məlumat mərkəzi arasında şəbəkə inteqrasiyasının qurulması və dəstəklənməsi;
- IP telefoniya infrastrukturunun idarə olunması və texniki dəstəyin göstərilməsi;
- Yeni rabitə kanallarının qoşulması, avadanlıqların sazlanması və xidmətlərin istismara qəbulunda iştirak;
- Şəbəkə monitorinq sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
- Şəbəkə trafikinin monitorinqi və təhlili, performansın optimallaşdırılması və potensial problemlərin qabaqlayıcı şəkildə aşkarlanması;
- İnternet və rabitə xidmətləri üzrə provayderlərlə texniki məsələlərin həlli və koordinasiyanın təmin edilməsi;
- Şəbəkə infrastrukturuna dair texniki sənədlərin, topologiya sxemlərinin, konfiqurasiya məlumatlarının və inventar uçotunun aktual vəziyyətdə saxlanılması.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
English
Son tarix
1 sentyabr 2026
Şirkət haqqında
Azərpoçt MMC
Postal Services · Baku
Bakı şəhəri, Üzeyir Hacıbəyli 72 ünvanında fəaliyyət göstərən AZCON Holding şirkətlərindən olan ölkənin ən böyük poçt operatoru “Azərpoçt” MMC hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün…
Azərpoçt MMC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib3 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Böyük şəbəkə infrastrukturu üçün təhlükəsizlik həllərini dizayn edir və 5 ildən çox təcrübəsi var.
1 300–1 500₼
Server və şəbəkə infrastrukturunun idarə olunmasını təmin etmək üçün Windows və Linux bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şəbəkə infrastrukturunu idarə edir və TCP/IP, Cisco, FortiGate bilikləri tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət


