Vakansiya haqqında

Departament: İT Departamenti

İstiqamət (Chapter): Sistem İnzibatçılığı

Birbaşa rəhbər:

Sistem İnzibatçılığı üzrə funksional sahə rəhbəri

Vəzifənin Məqsədi

  • Şirkətin şəbəkə infrastrukturunun təhlükəsiz, dayanıqlı və yüksək əlçatanlıq prinsiplərinə uyğun fəaliyyətini təmin etmək, şəbəkə arxitekturasını inkişaf etdirmək, strateji texniki qərarların qəbulunda iştirak etmək və şəbəkə texnologiyalarının tətbiqini və inkişafını istiqamətləndirmək.

Vəzifə Öhdəlikləri

  • Şirkətin şəbəkə infrastrukturunun arxitekturasını layihələndirmək, inkişaf etdirmək və optimallaşdırmaq;
  • Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası, miqrasiyası və idarə olunmasını təmin etmək;
  • Routing, Switching və şəbəkə xidmətlərinin etibarlı və fasiləsiz fəaliyyətini təmin etmək;
  • Firewall, VPN və digər təhlükəsizlik həllərinin layihələndirilməsini, tətbiqini və inkişaf etdirilməsini təmin etmək;
  • Şəbəkə performansını təhlil etmək, Capacity Planning həyata keçirmək və optimallaşdırma tədbirlərini planlaşdırmaq;
  • Şəbəkə monitorinq sistemlərinin qurulmasını, inkişaf etdirilməsini və optimallaşdırılmasını təmin etmək;
  • Şəbəkə təhlükəsizliyinin artırılması məqsədilə texniki həllərin hazırlanmasında və tətbiqində iştirak etmək;
  • Yüksək əlçatanlıq (High Availability), Disaster Recovery və Business Continuity həllərinin hazırlanmasında iştirak etmək;
  • Root Cause Analysis (RCA) aparmaq, kritik problemlərin həllini koordinasiya etmək və preventiv tədbirlər müəyyənləşdirmək;
  • Şəbəkə standartlarını, prosedurlarını və texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
  • Yeni şəbəkə texnologiyalarını və həllərini araşdırmaq, qiymətləndirmək və tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Sistem inzibatçıları, DevOps mühəndisləri, verilənlər bazası inzibatçıları və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq edərək infrastrukturun inteqrasiyasını təmin etmək;
  • Junior və Middle əməkdaşlara mentorluq etmək və onların peşəkar inkişafını dəstəkləmək;
  • Şəbəkə infrastrukturu üzrə texniki riskləri müəyyən etmək və onların azaldılması üçün tədbirlər hazırlamaq;
  • Kritik dəyişikliklərin Change Management prosedurlarına uyğun planlaşdırılmasını və icrasını təmin etmək.

Texniki Tələblər

  • TCP/IP, OSI modeli və şəbəkə protokolları üzrə yüksək səviyyəli biliklər;
  • Routing və Switching texnologiyaları üzrə yüksək səviyyəli biliklər;
  • VLAN, STP, DHCP, DNS, NAT, ACL və digər şəbəkə xidmətləri üzrə biliklər;
  • Firewall, VPN və şəbəkə təhlükəsizliyi texnologiyaları üzrə yüksək səviyyəli biliklər;
  • Wireless şəbəkələrinin layihələndirilməsi və idarə olunması üzrə biliklər;
  • Linux və Windows Server əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri;
  • Şəbəkə monitorinqi, performans analizi və optimallaşdırılması üzrə biliklər;
  • Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi və konfiqurasiyalarının idarə olunması üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər;
  • High Availability, Disaster Recovery və Capacity Planning prinsipləri üzrə biliklər.

Səlahiyyətlər

  • Şəbəkə infrastrukturu üzrə texniki qərarlar qəbul etmək;
  • Şəbəkə arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
  • Routing, Switching, Firewall, VPN və digər şəbəkə xidmətləri üzrə dəyişiklikləri planlaşdırmaq və həyata keçirmək;
  • Şəbəkənin təhlükəsizliyinin və performansının artırılması üzrə texniki həllər hazırlamaq;
  • Texniki problemlərin diaqnostikasını aparmaq və həll yollarını müəyyən etmək;
  • Şəbəkə standartlarını və texniki prosedurları hazırlamaq;
  • Layihələrdə şəbəkə istiqaməti üzrə texniki qərarların qəbulunda iştirak etmək;
  • Junior və Middle əməkdaşların fəaliyyətini istiqamətləndirmək və onlara texniki dəstək göstərmək.

Məsuliyyətlər

  • Şəbəkə infrastrukturunun fasiləsiz, təhlükəsiz və yüksək əlçatanlıq prinsiplərinə uyğun fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkə arxitekturasının etibarlılığına, inkişafına və davamlılığına görə məsuliyyət daşımaq;
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsinə və risklərin azaldılmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkə performansının monitorinqinə və optimallaşdırılmasına görə məsuliyyət daşımaq;
  • İnfrastruktur üzrə həyata keçirilən dəyişikliklərin düzgün planlaşdırılmasına və təhlükəsiz icrasına görə məsuliyyət daşımaq;
  • Texniki standartların, prosedurların və sənədlərin aktuallığını təmin etmək;
  • İnformasiya təhlükəsizliyi siyasətlərinə, daxili normativ sənədlərə və standart əməliyyat prosedurlarına riayət etmək;
  • Junior və Middle əməkdaşların peşəkar inkişafına dəstək vermək;
  • Öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək və yeni texnologiyaların tətbiqinə təşəbbüs göstərmək.

Şəxsi Keyfiyyət / Davranış

  • Analitik və strateji düşünmə bacarığı;
  • Liderlik və mentorluq bacarığı;
  • Yüksək məsuliyyət hissi və qərarvermə bacarığı;
  • Komandada işləmək və bilik paylaşmaq bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Stress şəraitində operativ və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
  • Problemlərin həllinə sistemli yanaşmaq;
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 avqust 2026
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

Iktex
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Baku

2006-cı ildən İnformasiya Texnologiyaları sektorunun korporativ proqramlaşdırma sahəsində fəaliyyət göstərən “İKTex” şirkəti kifayət qədər böyük layihələrə, uğurlara imza atmışdır.

Iktex — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azercell
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Sistemlərin idarə olunması və virtualizasiya üzrə təcrübəli Linux Administrator tələb olunur.

AutomationAnsibleInfrastructure as CodeTechnical Documentation+41
Müraciət et
Iktex
MiddleBakı
Maaş göstərilməyib

Şəbəkə infrastrukturunun təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək üçün şəbəkə inzibatçılığı bacarıqları tələb olunur.

Firewall ManagementTechnical DocumentationChange ManagementNetwork Installation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şəbəkə inzibatçısı (senior səviyyə)
Müraciət et