IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.
Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Hotelin İT sistemlərinin fasiləsiz və düzgün fəaliyyətinin təmin edilməsində İT Menecerinə dəstək olmaq;
- İT Meneceri olmadıqda onun gündəlik işlərinin və tapşırıqlarının icrasını təmin etmək;
- Kompüter, printer, POS, telefon və digər İT avadanlıqlarının texniki dəstəyini həyata keçirmək;
- Əməkdaşların İT ilə bağlı müraciətlərini qəbul etmək və texniki problemləri operativ şəkildə həll etmək;
- Hotelin şəbəkə, internet və sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki problemlərin aradan qaldırılmasını təmin etmək;
- İT avadanlıqlarının inventar uçotunu və texniki vəziyyətinə nəzarəti həyata keçirmək;
- İstifadəçi hesablarının, girişlərin və İT təhlükəsizliyi ilə bağlı proseslərin idarə edilməsində iştirak etmək;
- Hotelin istifadə etdiyi proqram və sistemlərlə bağlı yaranan problemlərin həllini təmin etmək;
- İT təhlükəsizliyi və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
- İT Menecerinə hesabatların və digər sənədlərin hazırlanmasında dəstək olmaq;
- İT şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək.
Namizədə tələblər:
- İT sahəsində minimum 2 il iş təcrübəsi;
- Hotel sektorunda İT sahəsində iş təcrübəsi üstünlükdür;
- İT sistemləri, kompüter avadanlıqları və şəbəkə üzrə yaxşı bilik;
- Windows, MS Office və əsas sistem inzibatçılığı üzrə biliklər;
- Şəbəkə, internet, printer, POS və digər periferiya cihazları ilə işləmə bacarığı;
- Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Rus dili biliyi üstünlükdür;
- Liderlik və koordinasiya bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komanda idarəetməsi və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT Menecer Müavini” qeyd etmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 450 ₼.
34 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş tam ştat rejimindədir.
İT sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “İT Menecer Müavini” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçRəsmi əmək müqaviləsi, peşəkar və dinamik kollektiv, karyera inkişafı imkanları və nahar təminatı var.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
Sistem inzibatçısı kimi serverləri, şəbəkələri idarə edir və 3-5 il təcrübə tələb olunur.
Windows Server və virtual mühitin idarə edilməsini həyata keçirir, 2-3 il təcrübə tələb olunur.
Korporativ IT sistemlərinin idarə olunmasını həyata keçirir və Microsoft Active Directory bilikləri tələb olunur.


