Kompüter və şəbəkə avadanlıqlarını idarə edir, Windows və şəbəkə bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarına gündəlik texniki dəstəyin göstərilməsi;
- Kompüter, printer, skaner, IP telefon və digər ofis avadanlıqlarının quraşdırılması və sazlanması;
- Windows əməliyyat sistemlərinin və zəruri proqram təminatlarının quraşdırılması;
- İstifadəçi kompüterlərində yaranan proqram və avadanlıq problemlərinin aradan qaldırılması;
- Active Directory sistemində istifadəçilərin yaradılması və idarə olunması;
- İstifadəçilərin sistemlərə giriş hüquqlarının verilməsi və nəzarətdə saxlanılması;
- Korporativ e-poçt hesablarının yaradılması və sazlanması;
- Lokal şəbəkə, internet və Wi-Fi bağlantılarında yaranan problemlərin müəyyən edilərək aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının, o cümlədən router, switch və access point-lərin ilkin səviyyədə sazlanması;
- Serverlərin, şəbəkə avadanlıqlarının və IT xidmətlərinin gündəlik monitorinqi;
- Antivirus proqramlarının yenilənməsi və informasiya təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət;
- Məlumatların ehtiyat nüsxələrinin yaradılması prosesinin izlənilməsi;
- Yeni işçilər üçün kompüter və istifadəçi hesablarının hazırlanması;
- İşdən ayrılan əməkdaşların sistemlərə girişlərinin vaxtında məhdudlaşdırılması;
- IT avadanlıqlarının inventar uçotunun aparılması;
- Texniki nasazlıqların və görülən işlərin qeydiyyatının aparılması;
- Zərurət yarandıqda digər IT layihələrində və sistemlərin tətbiqində iştirak edilməsi.
Tələblər:
- Yaş: 22-28;
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- IT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
- Windows 10/11 və Windows Server əməliyyat sistemləri üzrə biliklər;
- Active Directory, DNS, DHCP və Group Policy haqqında ilkin biliklər;
- TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;
- Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı;
- Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı;
- Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;
- İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında məlumat;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;
- İstifadəçilərlə düzgün ünsiyyət qurmaq və problemlərə çevik yanaşmaq bacarığı.
İş barədə məlumat:
- Əmək haqqı: 600-700 AZN
- Müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
Uyğun namizədlər CV-lərini “İnformasiya Texnologiyaları üzrə mütəxəssis”” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–700 ₼
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 oktyabr 2026
Şirkət haqqında
MJ Finance
Financial Services · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
900–1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
500–800₼
Kompüter və şəbəkə avadanlıqlarının idarə olunması və texniki dəstək göstərilməsi üçün 1 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Gündəlik nəzarət sistemlərinin quraşdırılması və texniki xidmət üçün 2-3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
400–600₼
Müştəriyönümlü İT problemlərinin həlli və şəbəkə avadanlıqlarının dəstəyi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



