Vakansiya haqqında

Güclü kompüter elmləri biliklərinə, praktiki proqramlaşdırma təcrübəsinə, sistem dizaynı və sistemlərin müşahidəolunması (observability) sahəsində dərin anlayışa malik Site Reliability Engineer (SRE) axtarırıq.

Bu vəzifədə development komandaları ilə sıx əməkdaşlıq edərək sistemlərin etibarlılığının, dayanıqlılığının, miqyaslana bilməsinin və yüksək performansının təmin olunmasında əsas rol oynayacaqsınız. Eyni zamanda, production mühitində yaranan mürəkkəb texniki problemlərin müəyyənləşdirilməsi, həlli və qarşısının alınması istiqamətində məsuliyyət daşıyacaqsınız.

Vəzifə öhdəlikləri

  • Development və infrastruktur komandaları ilə əməkdaşlıq edərək miqyaslana bilən və etibarlı sistemlər layihələndirmək və onların davamlılığını təmin etmək;
  • İnfrastrukturun idarə edilməsi, deploy prosesləri və əməliyyat tapşırıqlarını avtomatlaşdırmaq üçün alətlər və həllər hazırlamaq;
  • Sistemlərin vəziyyətini effektiv şəkildə izləmək və problemlərin operativ həllini təmin etmək üçün observability həllərini (metrics, logs, traces) qurmaq və idarə etmək;
  • Tətbiq, platforma və infrastruktur səviyyələrində yaranan problemlərin araşdırılması, diaqnostikası və həlli proseslərinə rəhbərlik etmək və iştirak etmək;
  • İnsidentlərdən sonra təhlillər aparmaq, problemlərin kök səbəblərini (root cause) müəyyənləşdirmək və uzunmüddətli həllər tətbiq etmək;
  • Xidmət səviyyəsi məqsədlərini (SLO), göstəricilərini (SLI) və xəta büdcələrini (Error Budget) müəyyənləşdirmək və monitorinq etmək;
  • CI/CD proseslərinin və Infrastructure as Code (IaC) yanaşmasının inkişafına töhfə vermək;
  • Sistemlərin performansını, dayanıqlılığını və developer təcrübəsini davamlı olaraq təkmilləşdirmək.

Tələblər

  • Kompüter elmlərinin əsasları (verilənlər strukturları, alqoritmlər, əməliyyat sistemləri, şəbəkə) üzrə güclü biliklərə malik olmaq;
  • Analoji və ya oxşar vəzifədə 4–5 il iş təcrübəsinə malik olmaq;
  • Müasir proqramlaşdırma dillərindən ən azı biri (məsələn, Go, Python, Java, C#) üzrə proqram təminatının hazırlanması təcrübəsinə malik olmaq;
  • Paylanmış sistemlərin və mikroservislərin layihələndirilməsi və dəstəklənməsi üzrə təcrübəyə malik olmaq;
  • Production mühitində mürəkkəb texniki problemlərin araşdırılması və həlli bacarığına malik olmaq;
  • Observability alətləri (məsələn, Prometheus, Grafana, OpenTelemetry) ilə praktiki iş təcrübəsinə malik olmaq;
  • Kubernetes və konteynerləşdirilmiş infrastruktur üzrə praktiki biliklərə malik olmaq;
  • Bulud platformaları (AWS, GCP, Azure) üzrə iş təcrübəsinə və ya anlayışa malik olmaq;
  • Linux sistemləri və scripting üzrə güclü biliklərə malik olmaq;
  • CI/CD prosesləri və DevOps yanaşmaları üzrə təcrübəyə malik olmaq;
  • Məsuliyyətli və təşəbbüskar yanaşma nümayiş etdirmək;
  • Dinamik və daim dəyişən iş mühitində işləməyə uyğunlaşa bilmək;

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 146 Neftchilar Ave
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 iyun 2026
Son tarix
30 oktyabr 2026
Baxış
21

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Site reliability engineer üzrə Bakıda digər açıq elanlar.

Bir
MiddleBakı
Maaş göstərilməyib5 gün qalıb

Kritik biznes proseslərinin etibarlılığını artırmaq üçün monitorinq və avtomatlaşdırma aparır, güclü SRE təcrübəsi tələb olunur.

DevOpsProduction TroubleshootingMicroservicesPrometheus+18
Müraciət et
Xsolla
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Sistemlərin etibarlı işləməsini təmin etmək üçün Kubernetes və proqramlaşdırma bacarıqları tələb olunur.

KubernetesInfrastructure as CodeProgrammingAutomation+14
Müraciət et
Birbank
Bakı
Maaş göstərilməyib

Kritik sistemlərin etibarlılığını təmin etmək üçün avtomatlaşdırma və monitorinq bacarıqları tələb olunur.

MicroservicesKubernetesDevOpsComputer Science Fundamentals+8
Müraciət et
PASHA Technology
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Kubernetes klasterlərini idarə edir və avtomatlaşdırma bacarıqları ilə bulud infrastrukturunu optimallaşdırır.

KubernetesPrometheusGrafanaELK Stack+29
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Site reliability engineer
Müraciət et