Vakansiya haqqında

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir . Hal hazırda aktiv olan vakansiya: SOC L2

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi insidentlərin yayılmasının qarşısının alınması, fəsadların azaldma və bərpası üzrə cavabvermə addımların heyata keçirilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərə cavabvermə zamanı sifarişçilərlə kommunikasiyaların aparılması;
  • “Security Operatio Center - SOC ” kontentinin (korrelyasiya və normalizasiya sazlamaları, insidentlərin aşkarlama ssenariləri, insidentlərə cavabvermə planları, o cümlədən “playbook”-lar) yaradılmasında iştirak;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin cavablandırma çərçivəsində SOC komandasının digər mütəxəssislərilə birgə işlərin aparılması.

İnformasiya təhlükəsizliyi insidentlərinin təhqiqatı, o cümlədən:

  • “RAM” yaddaşının “dump”-ların, şəbəkə trafikinin, disk “image”-ların, əməliyyat sistemləri - ƏS, proqram-texniki mühafizə vasitələrin hadisə jurnalların çıxarılması və analizi;
  • Komprometasiya indikatorların toplanması (‘IOC”) üzrə zərər-verici proqram təminatının təhlili;
  • Görülmüş işlər üsrə hesabatların və tövsiyyələrin hazırlanması.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SOC L2 üzrə 1 il və ya informasiya təhlükəsizliyi sahəsi üzrə 2 il iş təcrübəsi;
  • Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazaların təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər;
  • Müasir kiber hücüm metodları, vasitələri, texnologiyaları, aktual informasiya təhlükəsizliyinə təhdidləri və mühafizə vasitələri üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin cavabvermə prinsipləri üzrə biliklər;
  • Windows və Linux ƏS-in hadisə jurnalları ilə iş təcrübəsi;
  • Zərər-verici proqram təminatının təhlilin əsasları üzrə biliklər;
  • Loqların toplama və korrelyasiya sistemləri (məsələn SIEM) üzrə iş təcrübəsi və biliklər;
  • Şəbəkə protokollar və şəbəkə trafikinin analizi üzrə biliklər və təcrübə;
  • Əsas infrastruktur servislərinin (AD, DNS, DHCP, virtualisaziya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər;
  • Verilənlər bazaların idarəetmə sistemləri (Oracle, Postgres, MS SQL) üzrə biliklər;
  • Unix və Microsoft Windows infrastrukturunun inzibatçılığı və biliklərin olması arzuolunandır;
  • Şəbəkə və ya xost informasiya mühafizə vasitələri üzrə biliklər və ya iş təcrübəsinin olması arzuolunandır;
  • Proqramlaşdırma bilikləri və ya iş təcrübəsinin olması (Python, Powershell, Bash) arzuolunandır;
  • Kompüter kriminalistika, şəbəkə trafikinin analizi vasitələrilə iş təcrübəsi arzuolunandır;
  • “YARA”-siqnaturaların yazılma təcrübəsi arzuolunandır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

Azericard
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku

"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Azericard — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Sphise
Senior · 7+ il
Maaş göstərilməyib

Məlumat bazalarının idarə olunmasını və optimallaşdırılmasını həyata keçirir, 7 ildən çox təcrübə tələb olunur.

Oracle Database AdministrationPostgreSQLAutomationDocumentation+14
Müraciət et
Ericsson
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

İntegrasiya mühəndisi olaraq Ericsson Cloud Infrastructure-i tətbiq edir və bulud platformalarında 3-5 il təcrübə tələb olunur.

AutomationPythonCloud InfrastructureTechnical Troubleshooting+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SOC L2 mütəxəssisi
Müraciət et