İnformasiya təhlükəsizliyi insidentlərinə cavab verir və SOC L2 üzrə 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
- Şəbəkə, tətbiq və infrastruktur səviyyəsində penetrasiya testlərinin planlaşdırılması və icra edilməsi;
- Təhlükəsizlik zəifliklərinin aşkarlanması, təhlil edilməsi və risk səviyyəsinin qiymətləndirilməsi;
- Android, iOS, Active Directory, Web tətbiqlər və API-lərin təhlükəsizlik qiymətləndirilməsinin həyata keçirilməsi;
- Aşkarlanmış zəifliklər üzrə hesabatların hazırlanması, tövsiyələrin təqdim edilməsi və aradan qaldırılma (remediation) prosesinin izlənilməsi;
- Təhlükəsizlik risklərinin minimuma endirilməsi məqsədilə aidiyyəti komandalarla koordinasiyanın təmin edilməsi;
- Yeni kibertəhlükəsizlik təhdidləri, zəifliklər üzrə araşdırmaların aparılması.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Korporativ (Enterprise) mühitlərdə penetrasiya testlərinin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Veb tətbiqlər və API-lərdə təhlükəsizlik zəifliklərinin aşkarlanması və təhlili üzrə dərin biliklər; OWASP Top 10 və API Security Top 10 çərçivələri əsasında risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə təcrübə;
- iOS və Android mobil tətbiqlərinin təhlükəsizlik qiymətləndirilməsi və zəifliklərin aşkarlanması üzrə biliklər; OWASP Mobile Top 10 və OWASP MASVS/MASTG standartlarına uyğun təhlükəsizlik təhlili aparmaq bacarığı;
- Təhlükəsizlik proseslərinin avtomatlaşdırılması, skriptlərin hazırlanması və alətlərin inteqrasiyası məqsədilə Python, Bash və PowerShell proqramlaşdırma dilləri üzrə biliklər;
- Windows, Active Directory və Unix/Linux mühitlərində təhlükəsizlik prinsipləri, zəifliklərin qiymətləndirilməsi, Hardening və Patch Management tədbirləri üzrə biliklər;
- Aşkarlanmış təhlükəsizlik zəifliklərinin aidiyyəti komandalarla effektiv şəkildə kommunikasiyasını təmin etmək, riskləri izah etmək və onların aradan qaldırılması (Remediation) üçün texniki tövsiyələr hazırlamaq bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür (eWPTX, eCPPT, OSCP, eMAPT, CompTIA PenTest+, CRTO və s.).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
Bank Respublika ASC — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Penetrasiya testləri aparır, zəiflikləri müəyyən edir və təhlükəsizlik alətlərindən istifadə edir.
Şəbəkə və tətbiqlərdə penetrasiya testləri aparır, təhlükəsizlik zəifliklərini aşkar edir və hesabat hazırlayır.
Tətbiq təhlükəsizliyi üzrə mütəxəssis kimi təhlükəsizlik zəifliklərini müəyyənləşdirmək və qiymətləndirmək bacarığı tələb olunur.




