Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Xüsusi 1C konfiqurasiyasında yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi
Mövcud kodun oxunması, debug edilməsi və sistemin yekun göstəricilərinə təsir etmədən təhlükəsiz dəyişikliklərin aparılması
Sıfırdan yeni layihələrin hazırlanması və tətbiqi
1C sorğu dili və Məlumatların Kompozisiya Sistemi (SKD) vasitəsilə sorğu və hesabatların hazırlanması
API və digər sistemlərlə inteqrasiyaların hazırlanması və dəstəklənməsi
HTTP/veb xidmətləri, REST, XML və JSON formatları ilə məlumat mübadiləsinin qurulması
Süni intellekt alətlərindən istifadə edilməsi, əldə olunan nəticələrin yoxlanılması və nəzarətli tətbiqi
Tələblərin dəqiqləşdirilməsi üçün mühasibatlıq, kadrlar və əməliyyat bölmələri ilə əməkdaşlıq
Tələblər
Sahə üzrə ali təhsil
1C proqramçı olaraq minimum 1 il iş təcrübəsi
1C daxili dili və sorğu dili üzrə dərin bilik
Təmiz, oxunaqlı və dəstəklənə bilən kod yazmaq bacarığı
1C 8.3 platforması üzrə yaxşı praktiki biliklər
Mövcud qeyri-standart konfiqurasiyada işləmək, başqasının kodunu anlamaq, səhvləri tapmaq və optimallaşdırma aparmaq bacarığı
1C məlumat modeli üzrə biliklər: kataloqlar, sənədlər, registrlər - toplama, məlumat və mühasibat registrləri
Məsuliyyətlilik, komanda ilə işləmək bacarığı və öyrənməyə açıqlıq
Səlis Azərbaycan dili biliyi, rus və ingilis dillərində işgüzar yazışma və ünsiyyət aparmaq üçün kifayət səviyyədə bilik
Şirkət haqqında
AZE: “Agro Food Investments MMC" (AFI) Azərbaycanın aparıcı aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləyib. ENG: "Agro Food Investments LLC” (AFI) is one of the leading group of agricultural and food companies in Azerbaijan. AFI covers several companies operating in this field and their production areas, including hazelnut processing plant, almond processing plant, seedling and rootstock production plant, essential oil processing plant, indoor and outdoor flower cultivation and processing, tea processing plant and tea plantations, olive oil and table olive production, as well as manages thousands of hectares of hazelnut, almond, olive and mixed fruit orchards. In addition to these, the group participates in complementary business areas such as logistics, storage service, dry and cold rooms, laboratories, with representation at several stages of the value chain, aiming to ensure quality and sustainability.
Agro Food İnvestments — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



