Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
English
Son tarix
24 avqust 2026

Vakansiya haqqında

İnformation Security Manager

Position Purpose:

  • To ensure the confidentiality, integrity, and availability of the Company's information assets by overseeing the implementation of the information security strategy, ensuring compliance with security policies, and coordinating information security activities across the organization.

Key Responsibilities:

  • Oversee the development, review, update, and implementation of information security policies, procedures, and standards;
  • Monitor the compliance of user access provisioning, modification, and revocation processes with information security requirements;
  • Investigate information security incidents and issues and establish an effective incident management process;
  • Oversee security event monitoring and analysis through SIEM solutions, and coordinate incident detection and response activities in cooperation with SOC functions;
  • Ensure business processes comply with regulatory requirements (e.g., NIST, ISO 27001, PCI DSS) and internal policies through ongoing monitoring and oversight;
  • Define and continuously improve Data Loss Prevention (DLP) controls;
  • Be responsible for the implementation and monitoring of information security controls;
  • Oversee the integration of information security requirements into all business processes, products, and services;
  • Lead activities related to the identification, classification, and inventory of critical business information;
  • Develop and implement secure configuration standards for networks, systems, devices, and applications;
  • Ensure the delivery of information security awareness programs for employees and third parties;
  • Conduct information security risk assessments, provide recommendations, and report findings to management;
  • Lead initiatives related to the implementation and continuous improvement of new and existing information security tools.

Requirements:

  • Education: Bachelor's degree in Information Security, Information Technology, Mathematics, or a related field;
  • Work Experience: Minimum 3 years of experience in information security or a related field;
  • Certifications / Knowledge: CompTIA Security+ is preferred. Practical knowledge of SIEM platforms and SOC processes (security monitoring, event analysis, incident response) is required. Knowledge of Active Directory, File Systems, Windows, and enterprise applications is considered an advantage;
  • Languages: English – sufficient for working with technical documentation and professional correspondence;
  • Strong attention to processes and compliance requirements;
  • Sense of responsibility, responsiveness, and sound decision-making skills;
  • Strong analytical and problem-solving abilities;
  • Leadership, coordination, prioritization, and effective communication skills.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

İnformasiya Təhlükəsizliyi üzrə Məsul Şəxs

Vəzifənin məqsədi:

Şirkətin informasiya resurslarının məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək, informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsini təmin etmək, təhlükəsizlik siyasətlərinə riayət olunmasına nəzarət etmək və təşkilat üzrə informasiya təhlükəsizliyi fəaliyyətlərini koordinasiya etmək.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və standartların hazırlanmasını, yenilənməsini və tətbiqini təmin etmək;
  • Giriş icazələrinin verilməsi, dəyişdirilməsi və geri çağırılması proseslərinin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunu monitorinq etmək;
  • İnformasiya təhlükəsizliyi insident və problemlərini araşdırmaq, insidentlərin idarə edilməsi prosesini formalaşdırmaq və təkmilləşdirmək;
  • SIEM həlləri vasitəsilə təhlükəsizlik hadisələrinin monitorinqini və təhlilini həyata keçirmək, SOC funksiyaları ilə əməkdaşlıq çərçivəsində insidentlərin aşkar edilməsi və cavablandırılması fəaliyyətlərini koordinasiya etmək;
  • Biznes proseslərinin tənzimləyici tələblərə (NIST, ISO 27001, PCI DSS və s.) və daxili siyasətlərə uyğunluğunu təmin etmək, bu istiqamətdə monitorinq və nəzarəti həyata keçirmək;
  • Məlumat itkisinin qarşısının alınması (DLP) nəzarətlərini müəyyən etmək və onların davamlı təkmilləşdirilməsini təmin etmək;
  • İnformasiya təhlükəsizliyi nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini təmin etmək;
  • Bütün biznes proseslərində, məhsullarda və xidmətlərdə informasiya təhlükəsizliyi tələblərinin tətbiqinə nəzarət etmək;
  • Kritik biznes məlumatlarının identifikasiyası, təsnifatı və inventarlaşdırılması üzrə fəaliyyətlərə rəhbərlik etmək;
  • Şəbəkə, sistem, cihaz və tətbiqlər üçün təhlükəsiz konfiqurasiya standartlarını hazırlamaq və tətbiqini təmin etmək;
  • Daxili əməkdaşlar və üçüncü tərəflər üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • İnformasiya təhlükəsizliyi risklərini qiymətləndirmək, müvafiq tövsiyələr vermək və nəticələr barədə rəhbərliyə hesabat təqdim etmək;
  • Yeni və mövcud informasiya təhlükəsizliyi alətlərinin tətbiqi və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərə rəhbərlik etmək.

Tələblər:

  • Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Sertifikat / Biliklər: CompTIA Security+ sertifikatına malik olması üstünlükdür. SIEM platformaları və SOC prosesləri (təhlükəsizlik monitorinqi, hadisələrin təhlili və insidentlərə cavab verilməsi) üzrə praktik biliklər tələb olunur. Active Directory, File Systems, Windows və korporativ tətbiqlər üzrə biliklərə malik olması üstünlükdür;
  • Xarici dillər: İngilis dili – texniki sənədlərlə işləmək və peşəkar yazışma aparmaq səviyyəsində;
  • Proses və tələblərə qarşı diqqətli olmaq;
  • Məsuliyyətli, operativ və qərarvermə qabiliyyətinə malik olmaq;
  • Güclü analitik və problem həll etmə bacarıqlarına malik olmaq;
  • Liderlik, koordinasiya, prioritetləri müəyyənləşdirmə və effektiv ünsiyyət bacarıqlarına malik olmaq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Şirkət haqqında

PASHA Capital
Kapital bazarları, Maliyyə və sığorta fəaliyyəti · Baku

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət, müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür. Şirkət, 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” və 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə təltif olunub. Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” mükafatlarına layiq görülüb. Şirkət, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının aparıcı üzvlərindən biridir. 2019-cu ildə 8,07 milyard manat, 2020-ci ildə 10,9 milyard manat, 2021-ci ildə 13,4 milyard manat dəyərində əməliyyat dövriyyələrinə əsasən qeyd olunan illər üzrə Bakı Fond Birjasının ən böyük üzvü olmuşdur.

PASHA Capital — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnformation Security Manager
Müraciət et