Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
DevOps
Tələblər:
- Bash / Shell scripting üzrə biliklər;
- Ansible / Chef / Puppet kimi konfiqurasiya idarəetmə alətləri ilə iş təcrübəsi;
- Docker konteynerlərinin işləmə prinsipləri üzrə dərin biliklər;
- Kubernetes (K8s) mühitində işləmə və idarəetmə təcrübəsi;
- Şəbəkə (Networking) üzrə əsas və praktiki biliklər;
- Message Broker / Queue sistemləri ilə iş təcrübəsi (RabbitMQ);
- ELK Stack (Elasticsearch, Logstash, Kibana) üzrə ümumi və praktiki biliklər;
- Monitorinq və təhlükəsizlik sistemləri ilə iş təcrübəsi (Prometheus, Grafana, Alertmanager, Zabbix, Wazuh SIEM);
- Terraform (Infrastructure as Code) ilə iş təcrübəsi;
- CI/CD alətləri ilə iş təcrübəsi (GitHub Actions);
- Linux əməliyyat sistemi ilə yüksək səviyyədə işləmə bacarığı,resursların idarə edilməsi və optimizasiyası, çıxan problemlərin həlli və s. üzrə praktik biliklər;
- Şəxsi keyfiyyətlər: Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı;
- Dil bilikləri: İngilis dili - minimum texniki sənədləri anlayacaq səviyyədə.
Vəzifə öhdəlikləri:
- Mövcud Web infrastrukturlarının dəstəklənməsi və yeni komponentlərin əlavə edilməsi (VMWare / vSphere mühiti);
- MySQL verilənlər bazasının (Oracle MySQL, Percona) sazlanması və dəstəyi;
- Monitorinq sistemlərinin qurulması, sazlanması və davamlı dəstəyi;
- Web developer komandası üçün CI/CD proseslərinin qurulması və optimizasiyası;
- Sistemlərin stabil işləməsinin təmin edilməsi və texniki problemlərin operativ həlli.
Təklif edirik:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun olaraq müzakirə ediləcək);
- Tibbi sığorta;
- Nahar təminatı;
İş avadanlığı (iMac, MacBook və s.);
Diqqət: Göndərilən maillərin mövzusunda mütləq “DevOps” qeyd edilməlidir.
Şirkət haqqında
20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür. Maliyyə bazarlarında fəaliyyəti dövründə ölkənin aparıcı investisiya şirkətlərindən birinə çevrilərək, müasir, fərqli, innovativ və texnoloji yanaşmaları ilə maliyyə-yatırım dünyasında bir çox yeniliklərə imza atmışdır. Bakının dünya maliyyə bazarlarının lokomitivinə çevriləcəyini hədəfləyən Şirkətimiz, bu məsul yolda özünə əmin, intellektual və iddialı olan şəxsləri (Sizləri) komandamıza qatılmağa dəvət edir.
InvestAZ İnvestisiya Şirkəti — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



