İstifadəçi interfeysi proqramlaşdırması üzrə baş mütəxəssis

Bakinity Distribution MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru

Tabeçilik: Sektor müdiri

Vəzifə öhdəlikləri:

  • Mənbə kodlarının analiz edilməsi və ehtiyaclara uyğun dəyişikliklərin icra olunması.
  • Back-end proqramçılar ilə sıx əməkdaşlıq edilərək funksional, effektiv və tələblərə tam cavab verən interfeyslərin hazırlanması.
  • Unit və inteqrasiya testlərinin yazılması və dəstəklənməsi.
  • Keyfiyyətli, oxunaqlı və sənədləşdirilmiş kodların hazırlanması.
  • Risklərin və səmərəsiz həll yollarının müəyyənləşdirilməsi, onların aradan qaldırılması məqsədilə ideya və təkliflərin təhlil olunması.
  • Yeni texnologiyaların araşdırılması, qiymətləndirilməsi və tətbiq olunması.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə)
  • Front-end proqramlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi.
  • HTML, CSS və JavaScript (ES6+) üzrə dərin biliklər.
  • Unit və inteqrasiya testlərinin yazılması üzrə təcrübə, Jest və oxşar test framework-ləri ilə işləmə bacarığı.
  • GitHub/GitLab versiya nəzarət sistemləri və task management alətləri ilə işləmə təcrübəsi.
  • AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığı.
  • React ekosistemi üzrə güclü nəzəri və praktiki biliklər.
  • RESTful API-lərlə inteqrasiya və işləmə təcrübəsi.
  • Next.js, TypeScript, Webpack, Chakra UI və Node.js/Express.js texnologiyaları üzrə biliklər.
  • Mikrofrontend arxitekturası, Docker, Nginx və Agile/Scrum metodologiyaları üzrə biliklər.
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları.
  • Mürəkkəb məlumatları analiz etmək və onları aydın, strukturlaşdırılmış şəkildə təqdim etmək bacarığı.
  • Detallara yüksək diqqət və keyfiyyət yönümlü yanaşma.
  • Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı.
  • Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Şirkət haqqında

Bakinity Distribution MMC
İnformasiya və kommunikasiya

“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur. “Bakinity Distribution” MMC bank, sığorta və dövlət qurumları, telekommunikasiya operatorları, təhsil, səhiyyə, tikinti və iri pərakəndə satış sahələri üçün həllər təklif edir. Şirkətin əsas fəaliyyət istiqaməti müştərilər üçün konsaltinq və inteqrasiya olunmuş həllər təqdim etməkdir. Xidmət və məhsullarıız informasiya texnologiyalarının əsas sahələrini əhatə edir: məlumatların emalı və saxlanması üçün avadanlıq və proqram təminatı həlləri, informasiya təhlükəsizliyi, şəbəkələrin qurulması və konfiqurasiyası, həmçinin, avadanlığın istismar müddəti ərzində texniki dəstək. Bakinity dünyanın aparıcı İT şirkətləri ilə tərəfdaşlıq edir. Onların arasında Cisco, Dell, HP, Microsoft, Fortinet, PaloAlto, Vmware, Zebra və digər nəhəng texnologiya brendləri yer alır. Şirkət dövlət qurumları, neft şirkətləri və banklar üçün bir sıra iri layihələri uğurla həyata keçirmişdir. Fəaliyyət sahəsi İnformasiya texnologiyaları və xidmətləri Təsis edilib 2001-ci il İxtisaslaşma sahələri Cisco, HP, Lenovo, Microsoft, Dell, Vmware, Zebra, Fortinet, PaloAlto, Canon, Logitech video, Snom, Socomec, Veeam, və 3CX

Bakinity Distribution MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İstifadəçi interfeysi proqramlaşdırması üzrə baş mütəxəssis
Müraciət et